https://sputnik.az/20230919/kreml-qarabagdaki-veziyyet-barede-yeni-realliqlar-nezere-alinmalidir-458756357.html
Kreml Qarabağdakı vəziyyət barədə: Yeni reallıqlar nəzərə alınmalıdır
Kreml Qarabağdakı vəziyyət barədə: Yeni reallıqlar nəzərə alınmalıdır
Sputnik Azərbaycan
Moskva Bakı və İrəvanla, o cümlədən hərbçilərin xətti ilə təmasdadır. 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T18:52+0400
2023-09-19T18:52+0400
2023-09-19T18:52+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
kreml
antiterror əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862608_0:0:3072:1728_1920x0_80_0_0_7695bd29899c581624e172f3856e0c87.jpg
BAKI, 19 sentyabr - Sputnik. Rusiya Qarabağda eskalasiya fonunda Azərbaycan və Ermənistanla təmasdadır.APA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, Moskva Bakı və İrəvanla, o cümlədən hərbçilərin xətti ilə təmasdadır.Kremlin sözçüsü Rusiyanın Qarabağdakı vəziyyətin nizamlanmasının diplomatik müstəviyə qayıtması üçün çalışdığını da söyləyib: “Rusiya Federasiyası Qarabağda gərginliyin kəskin artması və hərbi əməliyyatların başlanmasından narahatdır. Moskva Bakı və İrəvanı yeni reallıqları nəzərə alaraq, Qarabağ üzrə üçtərəfli razılaşmalara əməl etməyə çağırır”.Peskov Qarabağdakı vəziyyət fonunda Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında yüksək səviyyəli təmasların olmasını istisna da etməyib.O qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının təhlükəsizliyi Kreml üçün prioritetdir: “Hələ k, onların həyatı üçün təhlükələr barədə məlumat yoxdur. Sülhməramlılar öz funksiyalarını yerinə yetirirlər, lakin regionda vəziyyət ağır olaraq qalır. Onlar münaqişə tərəfləri ilə birbaşa təmasdadır. Moskva ümid edir ki, Bakı və İrəvanı güc metodlarından əl çəkib danışıqlar masası arxasına oturmağa inandırmaq mümkün olacaq. Rusiya Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma imkanını görür, bunlar mövcud üçtərəfli sazişlərdir”.Kremlin sözçüsü Qarabağda hərbi əməliyyatların başlanması ilə bağlı Rusiyaya əvvəlcədən xəbərdarlıq edilib-edilmədiyini təsdiq edə bilməyəcəyini söyləyib.Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
https://sputnik.az/20230919/mariya-zaxarova-rusiya-xn-azerbaycan-terefi-ile-elaqe-saxlayir-458749025.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862608_341:0:3072:2048_1920x0_80_0_0_52514428bfe7fbcee5637f823f295c63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, kreml, antiterror əməliyyatı
dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, kreml, antiterror əməliyyatı
Kreml Qarabağdakı vəziyyət barədə: Yeni reallıqlar nəzərə alınmalıdır
Moskva Bakı və İrəvanla, o cümlədən hərbçilərin xətti ilə təmasdadır.
BAKI, 19 sentyabr - Sputnik. Rusiya Qarabağda eskalasiya fonunda Azərbaycan və Ermənistanla təmasdadır.
APA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Bakı və İrəvanla, o cümlədən hərbçilərin xətti ilə təmasdadır.
Kremlin sözçüsü Rusiyanın Qarabağdakı vəziyyətin nizamlanmasının diplomatik müstəviyə qayıtması üçün çalışdığını da söyləyib: “Rusiya Federasiyası Qarabağda gərginliyin kəskin artması və hərbi əməliyyatların başlanmasından narahatdır. Moskva Bakı və İrəvanı yeni reallıqları nəzərə alaraq, Qarabağ üzrə üçtərəfli razılaşmalara əməl etməyə çağırır”.
Peskov Qarabağdakı vəziyyət fonunda Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında yüksək səviyyəli təmasların olmasını istisna da etməyib.
O qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının təhlükəsizliyi Kreml üçün prioritetdir: “Hələ k, onların həyatı üçün təhlükələr barədə məlumat yoxdur. Sülhməramlılar öz funksiyalarını yerinə yetirirlər, lakin regionda vəziyyət ağır olaraq qalır. Onlar münaqişə tərəfləri ilə birbaşa təmasdadır. Moskva ümid edir ki, Bakı və İrəvanı güc metodlarından əl çəkib danışıqlar masası arxasına oturmağa inandırmaq mümkün olacaq. Rusiya Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma imkanını görür, bunlar mövcud üçtərəfli sazişlərdir”.
Kremlin sözçüsü Qarabağda hərbi əməliyyatların başlanması ilə bağlı Rusiyaya əvvəlcədən xəbərdarlıq edilib-edilmədiyini təsdiq edə bilməyəcəyini söyləyib.
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.