https://sputnik.az/20230919/ermenistan-sq-nin-60-dan-cox-doyus-movqeyi-azerbaycan-ordusunun-nezaretine-kecib---mn-458764392.html
Ermənistan SQ-nin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçib - MN
Ermənistan SQ-nin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçib - MN
Sputnik Azərbaycan
Ermənistan silahlı qüvvələri hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir və bu səbəbdən də, bəzən hərbi qulluqçularımız hədəfə aldığı hərbi obyektlərin... 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T20:42+0400
2023-09-19T20:42+0400
2023-09-19T20:57+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
anar eyvazov
müdafiə nazirliyi
ermənistan silahlı qüvvələri
https://cdnn1.img.sputnik.az/img/07e7/09/13/458760306_0:160:3072:1888_1920x0_80_0_0_1ed072057e6b3f99da607e8f89d6138d.jpg
BAKI, 19 sentyabr - Sputnik. Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.Brifinqdə Nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.O, düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verib.Bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dək artilleriya qurğusu, 30-dək minaatan, 2 ədəd zenit-raket qurğusu, 2 ədəd "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib.Bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribatdırAnar Eyvazov bildirib ki, bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır."Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir" - A.Eyvazov bildirib.Ermənistan silahlı qüvvələrinin birləşmələri hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edirOnun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrini hədəfdən yayındırmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir."Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra dayandırılıb" - o, deyib. A.Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq, yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.Xatırladaq ki, sentyabrın 19-da səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb.
https://sputnik.az/20230919/qarabagda-mulki-sexslere-ve-infrastruktura-zerer-deymemesi-ucun-butun-tedbirler-gorulub-458764129.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/13/458760306_171:0:2902:2048_1920x0_80_0_0_5327d0079995af0f1021d4a875c17faf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anar eyvazov, müdafiə nazirliyi, ermənistan silahlı qüvvələri
anar eyvazov, müdafiə nazirliyi, ermənistan silahlı qüvvələri
Ermənistan SQ-nin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçib - MN
20:42 19.09.2023 (Yenilənib: 20:57 19.09.2023) Ermənistan silahlı qüvvələri hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir və bu səbəbdən də, bəzən hərbi qulluqçularımız hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqları dayandırmalı olur.
BAKI, 19 sentyabr - Sputnik. Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.
Brifinqdə Nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.
O, düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verib.
Bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dək artilleriya qurğusu, 30-dək minaatan, 2 ədəd zenit-raket qurğusu, 2 ədəd "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib.
Bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribatdır
Anar Eyvazov bildirib ki, bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır.
"Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir" - A.Eyvazov bildirib.
Ermənistan silahlı qüvvələrinin birləşmələri hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrini hədəfdən yayındırmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.
"Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra dayandırılıb" - o, deyib.
A.Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq, yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.
Xatırladaq ki, sentyabrın 19-da səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb.