https://sputnik.az/20230919/erdogan-turkiye-azerbaycan-ve-ermenistan-arasindaki-sulh-danisiqlarinda-aktiv-rol-oynayir-458736081.html
Ərdoğan: Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv rol oynayır
Ərdoğan: Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv rol oynayır
Sputnik Azərbaycan
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dakı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T08:25+0400
2023-09-19T08:25+0400
2023-09-19T08:25+0400
siyasət
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
azərbaycan
ermənistan
sülh
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195419_0:160:3072:1888_1920x0_80_0_0_e655327177f4ce4b62f2d62d579a1202.jpg
BAKI, 19 sentyabr - Sputnik. “Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır. Biz dəfələrlə Ermənistan tərəfi ilə danışıqlar apararaq sülh prosesinin sürətlənməsi istiqamətində addımlar atmışıq”.“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dakı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı bu ilin iyun ayında Azərbaycana səfər edən amerikalı jurnalist, “Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon Şiraxın sualını cavablandırarkən deyib.“Qardaş ölkəniz olan Azərbaycanın dəvəti ilə Qarabağa getdim və bölgədə gördüklərim məni çox təsirləndirdi”- deyən jurnalist Türkiyənin iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində atdığı addımlar barədə Ərdoğana sual ünvanlayıb.Prezident isə cavabında bildirib ki, rəsmi Ankara bölgədə davamlı sülhün bərqərar olmasında çox ümidlidir və Azərbaycanın problemin həllindəki səylərini alqışlayır:“Biz azərbaycanlı qardaşlarımızla bərabər bölgədə sülhün bərqərar olması üçün səylərimizi davam etdiririk. Türkiyə bu problemim həlli üçün bütün imkanlarını ortaya qoyub və hər iki tərəflə yaxından əlaqədədir. İki ölkə arasında sülhün bərpa olunması regiona öz töhfəsini verəcəyinə ümid edirik”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195419_171:0:2902:2048_1920x0_80_0_0_c4395611cf70fccd084c9688a4d49f8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, azərbaycan, ermənistan, sülh, danışıqlar
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, azərbaycan, ermənistan, sülh, danışıqlar
Ərdoğan: Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv rol oynayır
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dakı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
BAKI, 19 sentyabr - Sputnik. “Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır. Biz dəfələrlə Ermənistan tərəfi ilə danışıqlar apararaq sülh prosesinin sürətlənməsi istiqamətində addımlar atmışıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dakı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı bu ilin iyun ayında Azərbaycana səfər edən amerikalı jurnalist, “Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon Şiraxın sualını cavablandırarkən deyib.
“Qardaş ölkəniz olan Azərbaycanın dəvəti ilə Qarabağa getdim və bölgədə gördüklərim məni çox təsirləndirdi”- deyən jurnalist Türkiyənin iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində atdığı addımlar barədə Ərdoğana sual ünvanlayıb.
Prezident isə cavabında bildirib ki, rəsmi Ankara bölgədə davamlı sülhün bərqərar olmasında çox ümidlidir və Azərbaycanın problemin həllindəki səylərini alqışlayır:
“Biz azərbaycanlı qardaşlarımızla bərabər bölgədə sülhün bərqərar olması üçün səylərimizi davam etdiririk. Türkiyə bu problemim həlli üçün bütün imkanlarını ortaya qoyub və hər iki tərəflə yaxından əlaqədədir. İki ölkə arasında sülhün bərpa olunması regiona öz töhfəsini verəcəyinə ümid edirik”.