https://sputnik.az/20230918/slediyiniz-yerde-radiasiya-var-fhn-in-tehlukesizlik-missiyasi-bizi-nece-xilas-edecek-458662516.html
Evdə və iş yerinizdə radiasiya var: FHN-in təhlükəsizlik missiyası bizi necə xilas edəcək
Evdə və iş yerinizdə radiasiya var: FHN-in təhlükəsizlik missiyası bizi necə xilas edəcək
Sputnik Azərbaycan
İslam Mustafayev təkcə müəssisələrdə deyil, yaşayış binalarında da radiasiyanın ölçülməsinin vacib olduğunu söyləyib. 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T10:00+0400
2023-09-18T10:00+0400
2023-09-18T10:00+0400
radiasiya
cəmiyyət
fövqəladə hallar nazirliyi
şüalanma
radioaktiv şüalanma
kərpic
nazirlər kabineti
pasport
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441689940_0:0:905:509_1920x0_80_0_0_c903cb6ef8693bc6a0ddd3426feebdc2.jpg
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda yoxlamalar aparılarsa, bir çox ərazilərdə radioktiv maddələr aşkarlanacaq. Çünki, sovet dövründə Azərbaycanda radioktiv maddələrin basdırıldığı ərazilər çox olub. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Radiasiya Problemləri İnstitunun baş direktoru İslam Mustafayev söyləyib. Müəssisələrdən yeni pasport tələb olunacaq! Qeyd edək ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyi (FHN) radioloji-gigiyenik pasportlara dair müəssisə və təşkilatlara müraciət edib. Həmin müraciətdə bildirilir ki, müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib olunan radioloji-gigiyenik pasportlarda əks olunur və həmin pasportlara müvafiq məlumatların daxil edilməsi üçün yalnız Fövqəladə Hallar Nazirliyi (FHN) nümayəndəsinin rəyi tələb olunur. Bu səbəbdən, radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədilə müəssisə və təşkilatlar tərəfindən Agentliyə müraciət olunmalıdır. Radioloji-gigiyenik pasport nə üçün vacibdir? Həmsöhbətimiz deyib ki, 2023-cü ilin iyul ayınadək müəssisə və təşkilatlardan radioloji-gigiyenik pasportlar tələb olunmayıb. Nazirlər Kabinetinin müvafiq qərarına edilmiş dəyişiklikdən sonra bu ilin iyul ayından bu barədə bənd öz əksini tapıb. İ.Mustafayev bildirib ki, ümimiyyətlə 2003-cü ilədək Azərbaycanda radiasiya təhlükəsizliyi ilə bağlı işlər aparılmayıb. Bu tarixdən sonra bu istiqamətdə yoxlamalara başlanılıb. Ekoloji pasport olduğu kimi hər bir müəssisənin radioloji-gigiyenik pasportunun da olması vacibdir. Hər bir iş yerində radiasiya fonu öyrənilməlidir: Hansı müəssisələrdə radiasiya daha yüksək olur? İ.Mustafayev qeyd edib ki, müəssisələrdə radioktiv fonun norması 6-7, maksimum 10-11 mikrorengen saatdır. Harada bundan artıqdırsa, bunun səbəbini aradan qaldırmaq lazımdır. Radiasiya fonu daha çox qaynaq işləri aparan, texnikada işlənilən işıq saçan saatların işlədildiyi müəssisələrdə, eləcə də onkoloji xəstəliklərin müalicəsi üçün şüalandırma aparan müəssisələrdə çox olur. Yaşayış binaları da yoxlanılmalıdır O, bildirib ki, hələ sovet dövründə Azərbaycanda radioktiv maddələrin basdırıldığı ərazilər olub. Ona görə də yaxşı olar ki, yaşayış binalarına da bu pasport verilsin: İ.Mustafayev bildirib ki, yerin təkindən qalxan radon qazı da ən çox yaşayış binalarının zirzəmisinə toplanır: "Bu radioktiv qazdır, insan orqanizmini şüalanmaya məruz qoyur". Tikinti materiallarında radiasiya təhlükəsi Baş direktor qeyd edib ki, bəzi tikinti materiallarında da radioktiv fon yüksəkdir. Bura qırmızı kərpic və qırmızı kirəmit kimi tikinti materiallar daxildir:"Radiasiya onların külündə olur. Kərpic və qırmızı kirəmiti bişirəndə konsentrasiya artdığı üçün radiasiya normadan artıq olur. Həmçinin evlərin damının vurulmasında istifadə edilən şiferlərdə də bu təhlükə var. Evdə radiasiya fonunun formalaşmasında tikinti materiallarının böyük rolu var". Yeni qayda bu ilin iyul ayından qüvvədədir FHN-dən isə Sputnik Azərbaycan-a bildirdilər ki, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur."Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2023-cü il tarixli 222 nömrəli Qərarı ilə sözügedən Qaydalarda müəyyən dəyişikliklər olunub. Sonuncu edilmiş dəyişikliklərə uyğun olaraq, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında yalnız Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi tələb olunur. Sözügedən radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün, radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədi ilə müəssisə və təşkilatlar tərəfindən Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə şərtlərin təmin edildiyi barədə təsdiqləyici sənədləri təqdim etməlidir. Pasportda nələr əksini tapacaq? Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportuna aşağıdakılar daxil edilməlidir: əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi; yüksək səviyyəli ionlaşdırıcı şüa təsirinə məruz qalan ərazi və əhalinin (işçilərin) risk qrupları haqqında məlumat; ərazi və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlarda radiasiya vəziyyətinin proqnozu; əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təminatı ilə əlaqədar planlaşdırma, tədbirlərin aparılması və qərarların qəbul edilməsi üçün lazım olan tövsiyələr; əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aparılan tədbirlərin effektivliyinin analizi. Müəssisə və təşkilatların radioloji-gigiyenik pasportunda ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin növü, xarakteri, işlərin aparılma yeri, gigiyenik norma və qayda tələblərinə əməl olunması, radiasiya qəzası ehtimalı və onun miqyası, qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq, müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı və radiasiya təhlükəsizliyinə hazırlığın vəziyyəti barədə digər lazımi məlumatlar olmalıdır. Ərazinin radioloji-gigiyenik pasportunda ərazilərin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi, bunun nəticəsində əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili, radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi üçün digər məlumatlar qeyd olunur. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında qeyd edilmiş məlumatlar dəqiq, dolğun olmalı, radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin effektivliyinin qiymətləndirilməsinə imkan verməlidir. Müəssisələr ildə bir dəfə pasport almalı olacaq Qurumdan aldığımız məlumata görə, ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportları hər il tərtib edilir. Onu da qeyd edək ki, bu günlərdə Sumqayıtda radiasiya aşkarlanıb. Hadisə şəhərin Metallurq küçəsindəki zavodların birinin ərazisində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. Ərazi mühafizə olunub. Radiasiya zavodların birinin daxilində 4 metr dərinlikdə aşkarlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441689940_16:0:905:667_1920x0_80_0_0_ccd2e33ed845d58a7b47c413ddd2b507.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
radiasiya, fövqəladə hallar nazirliyi, şüalanma, radioaktiv şüalanma, kərpic, nazirlər kabineti, pasport
radiasiya, fövqəladə hallar nazirliyi, şüalanma, radioaktiv şüalanma, kərpic, nazirlər kabineti, pasport
Evdə və iş yerinizdə radiasiya var: FHN-in təhlükəsizlik missiyası bizi necə xilas edəcək
İslam Mustafayev təkcə müəssisələrdə deyil, yaşayış binalarında da radiasiyanın ölçülməsinin vacib olduğunu söyləyib.
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda yoxlamalar aparılarsa, bir çox ərazilərdə radioktiv maddələr aşkarlanacaq. Çünki, sovet dövründə Azərbaycanda radioktiv maddələrin basdırıldığı ərazilər çox olub.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Radiasiya Problemləri İnstitunun baş direktoru İslam Mustafayev söyləyib.
Müəssisələrdən yeni pasport tələb olunacaq!
Qeyd edək ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyi (FHN) radioloji-gigiyenik pasportlara dair müəssisə və təşkilatlara müraciət edib. Həmin müraciətdə bildirilir ki, müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib olunan radioloji-gigiyenik pasportlarda əks olunur və həmin pasportlara müvafiq məlumatların daxil edilməsi üçün yalnız Fövqəladə Hallar Nazirliyi (FHN) nümayəndəsinin rəyi tələb olunur. Bu səbəbdən, radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədilə müəssisə və təşkilatlar tərəfindən Agentliyə müraciət olunmalıdır.
Radioloji-gigiyenik pasport nə üçün vacibdir?
Həmsöhbətimiz deyib ki, 2023-cü ilin iyul ayınadək müəssisə və təşkilatlardan radioloji-gigiyenik pasportlar tələb olunmayıb. Nazirlər Kabinetinin müvafiq qərarına edilmiş dəyişiklikdən sonra bu ilin iyul ayından bu barədə bənd öz əksini tapıb.
İ.Mustafayev bildirib ki, ümimiyyətlə 2003-cü ilədək Azərbaycanda radiasiya təhlükəsizliyi ilə bağlı işlər aparılmayıb. Bu tarixdən sonra bu istiqamətdə yoxlamalara başlanılıb. Ekoloji pasport olduğu kimi hər bir müəssisənin radioloji-gigiyenik pasportunun da olması vacibdir. Hər bir iş yerində radiasiya fonu öyrənilməlidir:
"Bu işçilərin hüququdur. Həmçinin qanunla tələb olunan öhdəlikdir. Hər bir təşkilat radioloji-gigiyenik pasporta sahib olmalıdır. Ona görə də hər bir təşkilatda radioloji tədqiqat aparılması labüddür. Beləcə hər bir işçi çalışdığı müəssisədə radiasiya fonunun səviyyəsi barədə məlumatlı olacaq. Çünki, radiasiyanın rəngi, qoxusu, dadı yoxdur. Tədqiqat aparılmamış bunu müəyyən etmək mümkün deyil".
Hansı müəssisələrdə radiasiya daha yüksək olur?
İ.Mustafayev qeyd edib ki, müəssisələrdə radioktiv fonun norması 6-7, maksimum 10-11 mikrorengen saatdır. Harada bundan artıqdırsa, bunun səbəbini aradan qaldırmaq lazımdır. Radiasiya fonu daha çox qaynaq işləri aparan, texnikada işlənilən işıq saçan saatların işlədildiyi müəssisələrdə, eləcə də onkoloji xəstəliklərin müalicəsi üçün şüalandırma aparan müəssisələrdə çox olur.
Yaşayış binaları da yoxlanılmalıdır
O, bildirib ki, hələ sovet dövründə Azərbaycanda radioktiv maddələrin basdırıldığı ərazilər olub. Ona görə də yaxşı olar ki, yaşayış binalarına da bu pasport verilsin:
"ABŞ-da və bir sıra Avropa ölkələrində evin texniki pasportunda radiasiyanın və radonun səviyyəsi göstərilir. Çünki yaşayış binalarında belə tədqiqat aparılır. Bizdə də belə yoxlamalar aparılmalı, mənzillərin pasportlarına əlavə olunmalıdır".
İ.Mustafayev bildirib ki, yerin təkindən qalxan radon qazı da ən çox yaşayış binalarının zirzəmisinə toplanır:
"Bu radioktiv qazdır, insan orqanizmini şüalanmaya məruz qoyur".
Tikinti materiallarında radiasiya təhlükəsi
Baş direktor qeyd edib ki, bəzi tikinti materiallarında da radioktiv fon yüksəkdir. Bura qırmızı kərpic və qırmızı kirəmit kimi tikinti materiallar daxildir:
"Radiasiya onların külündə olur. Kərpic və qırmızı kirəmiti bişirəndə konsentrasiya artdığı üçün radiasiya normadan artıq olur. Həmçinin evlərin damının vurulmasında istifadə edilən şiferlərdə də bu təhlükə var. Evdə radiasiya fonunun formalaşmasında tikinti materiallarının böyük rolu var".
Yeni qayda bu ilin iyul ayından qüvvədədir
FHN-dən isə Sputnik Azərbaycan-a bildirdilər ki, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur.
"Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2023-cü il tarixli 222 nömrəli Qərarı ilə sözügedən Qaydalarda müəyyən dəyişikliklər olunub.
Sonuncu edilmiş dəyişikliklərə uyğun olaraq, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında yalnız Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi tələb olunur. Sözügedən radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün, radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədi ilə müəssisə və təşkilatlar tərəfindən Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə şərtlərin təmin edildiyi barədə təsdiqləyici sənədləri təqdim etməlidir.
Pasportda nələr əksini tapacaq?
Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportuna aşağıdakılar daxil edilməlidir:
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi;
yüksək səviyyəli ionlaşdırıcı şüa təsirinə məruz qalan ərazi və əhalinin (işçilərin) risk qrupları haqqında məlumat;
ərazi və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlarda radiasiya vəziyyətinin proqnozu;
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təminatı ilə əlaqədar planlaşdırma, tədbirlərin aparılması və qərarların qəbul edilməsi üçün lazım olan tövsiyələr;
əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aparılan tədbirlərin effektivliyinin analizi.
Müəssisə və təşkilatların radioloji-gigiyenik pasportunda ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin növü, xarakteri, işlərin aparılma yeri, gigiyenik norma və qayda tələblərinə əməl olunması, radiasiya qəzası ehtimalı və onun miqyası, qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq, müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı və radiasiya təhlükəsizliyinə hazırlığın vəziyyəti barədə digər lazımi məlumatlar olmalıdır.
Ərazinin radioloji-gigiyenik pasportunda ərazilərin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi, bunun nəticəsində əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili, radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi üçün digər məlumatlar qeyd olunur. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında qeyd edilmiş məlumatlar dəqiq, dolğun olmalı, radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin effektivliyinin qiymətləndirilməsinə imkan verməlidir.
Müəssisələr ildə bir dəfə pasport almalı olacaq
Qurumdan aldığımız məlumata görə, ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportları hər il tərtib edilir.
Onu da qeyd edək ki, bu günlərdə Sumqayıtda radiasiya aşkarlanıb. Hadisə şəhərin Metallurq küçəsindəki zavodların birinin ərazisində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. Ərazi mühafizə olunub. Radiasiya zavodların birinin daxilində 4 metr dərinlikdə aşkarlanıb.