https://sputnik.az/20230918/qarabagin-blokadasi-barede-ermeni-tebligati-meglubiyyete-ugradi---qor-korotcenko-458721528.html
Qarabağın "blokada"sı barədə erməni təbliğatı məğlubiyyətə uğradı - İqor Korotçenko
Qarabağın "blokada"sı barədə erməni təbliğatı məğlubiyyətə uğradı - İqor Korotçenko
Sputnik Azərbaycan
Qarabağdakı separatçılar, nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar. 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T21:52+0400
2023-09-18T21:52+0400
2023-09-18T21:52+0400
iqor korotçenko
təhlil
qarabağ
ağdam
xankəndi
beynəlxalq qızıl xaç komitəsi
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426853899_0:12:3072:1740_1920x0_80_0_0_1ef93ef83628b3790dc7aa28b4d045d3.jpg
BAKI, 18 sentyabr — Sputnik. Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi və hüquqi məkanına praktiki reinteqrasiyasının başlanğıcıdır. Bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko sosial şəbəkədə yazıb. "Artıq nə "blokada", nə "kütləvi aclıq", nə də "soyqırımı" var - təbliğat cəfəngiyyatı boşa çıxdı. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, nəticədə bu nəqliyyat arteriyası işə düşdü. Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət etməklə Laçın yolu ilə hərəkət açıldı", - deyə o vurğulayıb. Qeyd edək ki, Qarabağdakı separatçılar, nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar. Belə ki, separatçıların liderləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər. Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu iki həftədən çox ləngitdilər. Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426853899_341:0:3072:2048_1920x0_80_0_0_eab58e5bde0e91d57180943d78888a1a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqor korotçenko, qarabağ, ağdam, xankəndi, beynəlxalq qızıl xaç komitəsi, ermənistan
iqor korotçenko, qarabağ, ağdam, xankəndi, beynəlxalq qızıl xaç komitəsi, ermənistan
Qarabağın "blokada"sı barədə erməni təbliğatı məğlubiyyətə uğradı - İqor Korotçenko
Qarabağdakı separatçılar, nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.
BAKI, 18 sentyabr — Sputnik. Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi və hüquqi məkanına praktiki reinteqrasiyasının başlanğıcıdır.
Bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko sosial şəbəkədə yazıb.
"Artıq nə "blokada", nə "kütləvi aclıq", nə də "soyqırımı" var - təbliğat cəfəngiyyatı boşa çıxdı. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, nəticədə bu nəqliyyat arteriyası işə düşdü. Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət etməklə Laçın yolu ilə hərəkət açıldı", - deyə o vurğulayıb.
Qeyd edək ki, Qarabağdakı separatçılar, nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.
Belə ki, separatçıların liderləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.
Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu iki həftədən çox ləngitdilər.
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib.