https://sputnik.az/20230918/ngilterede-koronavirusun-yeni-varianti-askar-edilib-457830961.html
Koronavirusun yeni ştammı ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Koronavirusun yeni ştammı ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Sputnik Azərbaycan
Yoluxmaların artmasına koronavirusun sonradan ortaya çıxan yeni variantlarının, xüsusən də Eris olaraq bilinən Eg.5 və Pirola adlandırılan BA.2.86-nın səbəb... 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T17:33+0400
2023-09-18T17:33+0400
2023-09-18T17:17+0400
koronavirus
səhiyyə
covid-19
virus
ştamm
https://cdnn1.img.sputnik.az/img/42357/99/423579985_0:287:2623:1762_1920x0_80_0_0_a01a9ce897f8de86be1950ee851d1cca.jpg
BAKI, 18 sentyabr - Sputnik. Dünyada COVID-19- un yeni ştammlarının sürətlə yayılması narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 1 ayda dünya üzrə yoluxanların sayı 38% artıb.Avropada yoluxmaya artım 39, Sakit okeanın qərbində 52, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir.Yoluxmaların artmasına koronavirusun sonradan ortaya çıxan yeni variantlarının, xüsusən də Eris olaraq bilinən Eg.5 və Pirola adlandırılan BA.2.86-nın səbəb olduğu qeyd edilir.Hazırda ABŞ-də COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb. Son həftə ərzində ABŞ-də COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.Almaniya, Fransa, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda da yoluxma sayında kəskin artım qeydə alınıb. Almaniyada gündəlik yoluxmaların sayının son dörd həftə ilə müqayisədə iki dəfə artdığı açıqlanıb. Almaniyada Eris və digər alt variantlara qarşı təsirli olduğu iddia edilən yenilənmiş peyvəndlər bu gündən etibarən tətbiq olunmağa başlasa da, Fransada peyvənd kampaniyası 2 həftə erkənə alınıb. Fransadakı peyvənd kampaniyasında ilkin olaraq XBB.1.5-ə uyğunlaşdırılmış yeni Pfizer peyvəndi istifadə ediləcək.O cümlədən, Latviyada yayda test nəticələrinin 5-10% pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25%-ə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur.Rusiyanın Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur.ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 18-də vaksinlərin dominant XBB.1 ştammlarına uyğunlaşdırılmasını tövsiyə edib. Avropa bazarlarında XBB.1.5-i hədəf alan üç yeni vaksin hazırlanıb. Avropa Səhiyyə Agentliyi sentyabrın 1-də BioNTech-Pfizer-in RNT peyvəndinin Avropada marketinq icazəsini təsdiqləyib. Modernanın oxşar peyvəndi də sentyabrın 15-də təsdiqini alıb. Novavax-dan zülal əsaslı peyvənd isə hələ qiymətləndirilmə mərhələsindədir. Avropa Səhiyyə Agentliyi qeyd edir ki, hər üç peyvənd ümidverici effektivlik əlamətləri göstərir.Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev bildirib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:“COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur. Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və s. aiddir”.2019-cu ildə virusun mənbəyinin Çin olduğu bildirilirdi. Azərbaycana qonşu İran isə virusun yayılmasında fəal iştirak etmişdi. Mütəxəssislər hesab edirdilər ki, virusun Çindən yayıldığına dair xəbərdarlıq edilsə də, Tehran hakimiyyəti bunu ciddi qəbul etməmiş, ölkəyə səfərlərə ara verməmişdi. Nəticədə insanların yoluxması üçün İran ikinci mənbə rolu oynamışdı. Oxşar hadisə Rusiyaya da aid edilə bilər. Onda rəsmi Moskva ölkədə koronavirusun olmadığını iddia edirdi. Ancaq bir neçə aydan sonra bu ölkə dünyada COVID-19-a yoluxma halları üzrə ilk beşlikdə yer tutdu. Koronavirus dünya əhalisinə çox böyük ziyan vurdu. Bu hadisə insan itkiləri, iqtisadi tənəzzüllə müşayiət olundu.15.09.23, 15:53Koronavirusun yeni variantı Azərbaycanda aşkarlanıb?Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur.Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev deyib. O qeyd edib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb: "COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir". "Vətəndaşlarımıza bildirmək istərdik ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir", - deyə həkim qeyd edib.19.08.23, 15:06İngiltərədə koronavirusun yeni variantı aşkar edilibBritaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) Covid-19-un yeni variantı olan "BA.2.86"nın İsrail və Danimarkadan sonra İngiltərədə də aşkarlandığını açıqlayıb.Sputnik Azərbaycan-ın dünya mətbuatına istinadən xəbərinə görə, Agentliyin açıqlamasında Omicron variantının bir alt növü olaraq ortaya çıxan yeni variantın yaxın zamanda səyahət keçmişi olmayan bir insanda tapıldığı üzə çıxıb.Açıqlamada bildirilib ki, “BA.2.86” genetik baxımından Omicron-a yaxın deyil və hazırda mövcud variantlarla müqayisədə daha çox mutasiya gücünə malikdir.Səyahət tarixi olmayan bir insanda bu virusun tapılması, ölkə daxilində yoluxmadan xəbər verir. Yeni variantın xüsusiyyətləri və əlamətləri ilə bağlı hələlik kifayət qədər məlumatın olmadığı qeyd edilib. Bəyanatda fikirləri yer alan Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyinin vitse-prezidenti Meera Çand bildirib ki, UKHSA hazırda virusun yeni ştammının qiymətləndirməsini aparır və vaxtı gələndə əlavə məlumat verəcək.“UKHSA vəziyyəti yaxından izləməyə davam edəcək və təhlil nəticələri əlçatan olduqda dərc edəcək”, - deyə Meera Çand əlavə edib. Ümumdünya Səhiyyə Təşkilatı isə dünən verdiyi açıqlamada BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə "müşahidə altında olan variant" kimi qiymətləndirib. Hələ bir neçə ölkədən hesabatların göndərildiyini bildirən ÜST hazırda “izləmək lazımdır” kateqoriyasında 3, “müşahidə altında” kateqoriyasında isə 7 variant olduğunu da bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/99/423579985_0:41:2623:2008_1920x0_80_0_0_9461e0c221fab18406c900319b758fd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
koronavirus, covid-19, virus, ştamm
koronavirus, covid-19, virus, ştamm
Koronavirusun yeni ştammı ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Yoluxmaların artmasına koronavirusun sonradan ortaya çıxan yeni variantlarının, xüsusən də Eris olaraq bilinən Eg.5 və Pirola adlandırılan BA.2.86-nın səbəb olduğu qeyd edilir.
BAKI, 18 sentyabr - Sputnik. Dünyada COVID-19- un yeni ştammlarının sürətlə yayılması narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 1 ayda dünya üzrə yoluxanların sayı 38% artıb.
Avropada yoluxmaya artım 39, Sakit okeanın qərbində 52, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir.
Yoluxmaların artmasına koronavirusun sonradan ortaya çıxan yeni variantlarının, xüsusən də Eris olaraq bilinən Eg.5 və Pirola adlandırılan BA.2.86-nın səbəb olduğu qeyd edilir.
Hazırda ABŞ-də COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb. Son həftə ərzində ABŞ-də COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.
Almaniya, Fransa, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda da yoluxma sayında kəskin artım qeydə alınıb. Almaniyada gündəlik yoluxmaların sayının son dörd həftə ilə müqayisədə iki dəfə artdığı açıqlanıb. Almaniyada Eris və digər alt variantlara qarşı təsirli olduğu iddia edilən yenilənmiş peyvəndlər bu gündən etibarən tətbiq olunmağa başlasa da, Fransada peyvənd kampaniyası 2 həftə erkənə alınıb. Fransadakı peyvənd kampaniyasında ilkin olaraq XBB.1.5-ə uyğunlaşdırılmış yeni Pfizer peyvəndi istifadə ediləcək.
O cümlədən, Latviyada yayda test nəticələrinin 5-10% pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25%-ə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur.
Rusiyanın Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur.
ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 18-də vaksinlərin dominant XBB.1 ştammlarına uyğunlaşdırılmasını tövsiyə edib. Avropa bazarlarında XBB.1.5-i hədəf alan üç yeni vaksin hazırlanıb. Avropa Səhiyyə Agentliyi sentyabrın 1-də BioNTech-Pfizer-in RNT peyvəndinin Avropada marketinq icazəsini təsdiqləyib. Modernanın oxşar peyvəndi də sentyabrın 15-də təsdiqini alıb. Novavax-dan zülal əsaslı peyvənd isə hələ qiymətləndirilmə mərhələsindədir. Avropa Səhiyyə Agentliyi qeyd edir ki, hər üç peyvənd ümidverici effektivlik əlamətləri göstərir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev bildirib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:
“COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur. Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və s. aiddir”.
2019-cu ildə virusun mənbəyinin Çin olduğu bildirilirdi. Azərbaycana qonşu İran isə virusun yayılmasında fəal iştirak etmişdi. Mütəxəssislər hesab edirdilər ki, virusun Çindən yayıldığına dair xəbərdarlıq edilsə də, Tehran hakimiyyəti bunu ciddi qəbul etməmiş, ölkəyə səfərlərə ara verməmişdi. Nəticədə insanların yoluxması üçün İran ikinci mənbə rolu oynamışdı. Oxşar hadisə Rusiyaya da aid edilə bilər. Onda rəsmi Moskva ölkədə koronavirusun olmadığını iddia edirdi. Ancaq bir neçə aydan sonra bu ölkə dünyada COVID-19-a yoluxma halları üzrə ilk beşlikdə yer tutdu. Koronavirus dünya əhalisinə çox böyük ziyan vurdu. Bu hadisə insan itkiləri, iqtisadi tənəzzüllə müşayiət olundu.
Koronavirusun yeni variantı Azərbaycanda aşkarlanıb?
Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev deyib. O qeyd edib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:
"COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir".
"Vətəndaşlarımıza bildirmək istərdik ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir", - deyə həkim qeyd edib.
İngiltərədə koronavirusun yeni variantı aşkar edilib
Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) Covid-19-un yeni variantı olan "BA.2.86"nın İsrail və Danimarkadan sonra İngiltərədə də aşkarlandığını açıqlayıb.
Sputnik Azərbaycan-ın dünya mətbuatına istinadən xəbərinə görə, Agentliyin açıqlamasında Omicron variantının bir alt növü olaraq ortaya çıxan yeni variantın yaxın zamanda səyahət keçmişi olmayan bir insanda tapıldığı üzə çıxıb.
Açıqlamada bildirilib ki, “BA.2.86” genetik baxımından Omicron-a yaxın deyil və hazırda mövcud variantlarla müqayisədə daha çox mutasiya gücünə malikdir.
Səyahət tarixi olmayan bir insanda bu virusun tapılması, ölkə daxilində yoluxmadan xəbər verir. Yeni variantın xüsusiyyətləri və əlamətləri ilə bağlı hələlik kifayət qədər məlumatın olmadığı qeyd edilib.
Bəyanatda fikirləri yer alan Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyinin vitse-prezidenti Meera Çand bildirib ki, UKHSA hazırda virusun yeni ştammının qiymətləndirməsini aparır və vaxtı gələndə əlavə məlumat verəcək.
“UKHSA vəziyyəti yaxından izləməyə davam edəcək və təhlil nəticələri əlçatan olduqda dərc edəcək”, - deyə Meera Çand əlavə edib.
Ümumdünya Səhiyyə Təşkilatı isə dünən verdiyi açıqlamada BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə "müşahidə altında olan variant" kimi qiymətləndirib.
Hələ bir neçə ölkədən hesabatların göndərildiyini bildirən ÜST hazırda “izləmək lazımdır” kateqoriyasında 3, “müşahidə altında” kateqoriyasında isə 7 variant olduğunu da bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.