https://sputnik.az/20230918/naxcivandaki-dovlet-qurumlarinda-noqsanlar-askarlanib---hesablama-palatasi--458703722.html
Naxçıvandakı dövlət qurumlarında nöqsanlar aşkarlanıb - Hesablama Palatası
Naxçıvandakı dövlət qurumlarında nöqsanlar aşkarlanıb - Hesablama Palatası
Sputnik Azərbaycan
Dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik, şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq... 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T13:00+0400
2023-09-18T13:00+0400
2023-09-18T13:00+0400
hesablama palatası
cəmiyyət
naxçıvan
naxçıvan muxtar respublikası
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_0:0:2000:1125_1920x0_80_0_0_15765d0f4375dd53c7509ac7fa1f85c8.jpg
BAKI, 18 sentyabr — Sputnik. Hesablama Palatası 2023-cü il İş Planına uyğun olaraq Naxçıvan MR Dövlət Energetika Xidmətində və onun tabeliyindəki qurumlarda dövlət əmlakının, o cümlədən əsaslı vəsait qoyuluşlarının istifadəsinin və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair auditi başa çatdırıb. Nəzarət tədbiri 2020-2022-ci illəri əhatə edib. Yoxlama nəticəsində məlum olub ki, dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik, şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq edilmədən 2020-ci ildə 92 halda, 2021-ci ildə 88 halda, 2022-ci ildə isə 96 halda hüquqi və fiziki şəxslərlə birbaşa müqavilələr bağlanılaraq vəsait ödənişi həyata keçirilib. Audit nəticəsində 4 234 763 manat dəyərində əmtəəsiz əməliyyatların aparıldığı, tikinti-quraşdırma işlərində 688 028 manat dəyərində artıq vəsaitin icra olunduğu, 28 700 manat dəyərində yanacağın əsassız və artıq silindiyi müəyyən olunub. Bununla yanaşı, Xidmətin balansında olan əsas vəsait və mal-materiallara baxış zamanı sənədlərdə anbar qalığında göstərilən 448 325 manat dəyərində əsas vəsait və mal-material çatışmazlığı aşkar edilib. Xidmətin büdcə vəsaitinin təyinatını dəyişdirməsi, vergi öhdəliklərini tam icra etməməsi, qeyri-qanuni və əsassız xərcləmələrə yol verməsi də müəyyən olunub. Aşkar edilən hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimalı nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası auditin nəticələrinə dair müvafiq materialları hüquq mühafizə orqanlarına göndərməyi qərara alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_188:0:1965:1333_1920x0_80_0_0_1b89ca1f2b51063782287c529255b875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hesablama palatası, naxçıvan, naxçıvan muxtar respublikası
hesablama palatası, naxçıvan, naxçıvan muxtar respublikası
Naxçıvandakı dövlət qurumlarında nöqsanlar aşkarlanıb - Hesablama Palatası
Dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik, şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq edilmədən hüquqi və fiziki şəxslərlə birbaşa müqavilələr bağlanılaraq vəsait ödənişi həyata keçirilib.
BAKI, 18 sentyabr — Sputnik. Hesablama Palatası 2023-cü il İş Planına uyğun olaraq Naxçıvan MR Dövlət Energetika Xidmətində və onun tabeliyindəki qurumlarda dövlət əmlakının, o cümlədən əsaslı vəsait qoyuluşlarının istifadəsinin və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair auditi başa çatdırıb.
Nəzarət tədbiri 2020-2022-ci illəri əhatə edib.
Yoxlama nəticəsində məlum olub ki, dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik, şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq edilmədən 2020-ci ildə 92 halda, 2021-ci ildə 88 halda, 2022-ci ildə isə 96 halda hüquqi və fiziki şəxslərlə birbaşa müqavilələr bağlanılaraq vəsait ödənişi həyata keçirilib.
Audit nəticəsində 4 234 763 manat dəyərində əmtəəsiz əməliyyatların aparıldığı, tikinti-quraşdırma işlərində 688 028 manat dəyərində artıq vəsaitin icra olunduğu, 28 700 manat dəyərində yanacağın əsassız və artıq silindiyi müəyyən olunub. Bununla yanaşı, Xidmətin balansında olan əsas vəsait və mal-materiallara baxış zamanı sənədlərdə anbar qalığında göstərilən 448 325 manat dəyərində əsas vəsait və mal-material çatışmazlığı aşkar edilib. Xidmətin büdcə vəsaitinin təyinatını dəyişdirməsi, vergi öhdəliklərini tam icra etməməsi, qeyri-qanuni və əsassız xərcləmələrə yol verməsi də müəyyən olunub.
Aşkar edilən hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimalı nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası auditin nəticələrinə dair müvafiq materialları hüquq mühafizə orqanlarına göndərməyi qərara alıb.