CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsir götürülənlərin bir qisminin sağ olduğu ehtimal edilir - Hərbi prokuror

© Photo : REPORTXanlar Vəliyev
Xanlar Vəliyev  - Sputnik Azərbaycan, 1920, 18.09.2023
Abunə olmaq
Bakıda "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilib.
BAKI, 18 sentyabr — Sputnik. Ehtimallar var ki, əsir götürülənlərin bir qismi sağdır.
Bunu Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.
"Ehtimallar var ki, əsir götürülənlərin bir qismi sağdır və Ermənistan ərazisində qul kimi işlədilir. Bir qismi isə əsir götürüldükdən sonra qətlə yetirilib, müxtəlif yerlərdə kütləvi şəkildə basdırılıb", - o deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfrans iştirakçıları itkin düşmüş şəxslərin taleyi üçün səyləri artırmağa çağırıblar
Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyannamə qəbul edilib.
Bəyannaməni Azərbaycan Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəis müavini Şəfa Qasımova səsləndirib.
Bəyannamədə konfrans iştirakçıları hər il dünyada minlərlə insanın silahlı münaqişələr nəticəsində itkin düşməsindən ciddi narahat olduqlarını bildiriblər.
İtkin düşmüş şəxslərin probleminin onların ailələrinə və yaxınlarına, eləcə də bütövlükdə cəmiyyətdə iztirablara səbəb olduğu vurğulanır.
Bəyannamədə, həmçinin dövlətlərin beynəlxalq humanitar hüquqa riayət və onlara hörməti təmin etmək öhdəliyi qeyd olunur.
Beynəlxalq konfransın iştirakçıları itkin düşmüş şəxslərin probleminin qarşısının alınması və səmərəli həlli üçün milli səylərin artırılmasına çağırıblar; bu problemin effektiv həlli üçün dövlətləri bir-biri ilə əməkdaşlığa dəvət edilib; həmçinin beynəlxalq təşkilatları, o cümlədən BMT-ni itkin düşmüş şəxslərin problemi ilə bağlı maarifləndirməni davam etdirməyə və itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün tövsiyələr hazırlamağa çağırıblar. Onlar, həmçinin itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və beynəlxalq səyləri müzakirə etmək imkanına və tədbirin gözəl təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.
Fariz Rzayev - Sputnik Azərbaycan, 1920, 18.09.2023
SİYASƏT
Ermənistan itkin düşən şəxslərlə bağlı təşəbbüslərimizə cavab verməyib - nazir müavini
Xəbər lenti
0