https://sputnik.az/20230918/eli-nagiyev-riad-ehmedovun-taleyinin-aydinlasmasi-ciddi-ictimai-hadisedir-458707897.html
Əli Nağıyev: "Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir"
Əli Nağıyev: "Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir"
Sputnik Azərbaycan
DTX rəisi bildirib ki, məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət... 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T13:14+0400
2023-09-18T13:14+0400
2023-09-18T13:14+0400
əli nağıyev
cəmiyyət
dtx
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/16/425527795_0:305:1000:868_1920x0_80_0_0_fb84e86bacf2f9d78bccdaf2ab6a1156.jpg
BAKI, 18 sentyabr — Sputnik. Bu konfrans ərəfəsində biz 9-u hərbçi və 1-i mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq. Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev sentyabrın 18-də "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. "Onların sırasından bizim əməkdaşımız olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun barəsində sizə ətraflı məlumat vermək istəyirəm. Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir. Otuz il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik", - deyə Ə.Nağıyev qeyd edib.
https://sputnik.az/20230918/dtx-reisi-muharibe-istemirik-birlikde-yasamaga-devet-edirik-458703240.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/16/425527795_0:69:1001:819_1920x0_80_0_0_370167953b30d1e13166c8e9e300d622.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli nağıyev, dtx
Əli Nağıyev: "Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir"
DTX rəisi bildirib ki, məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir.
BAKI, 18 sentyabr — Sputnik. Bu konfrans ərəfəsində biz 9-u hərbçi və 1-i mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq.
Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev sentyabrın 18-də "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
"Onların sırasından bizim əməkdaşımız olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun barəsində sizə ətraflı məlumat vermək istəyirəm. Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.
Məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir. Otuz il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik", - deyə Ə.Nağıyev qeyd edib.