https://sputnik.az/20230918/azerbaycan-esilli-mugenni-cetin-de-olsa-sehne-ile-vidalasib---vdeo-458708463.html
Azərbaycan əsilli müğənni çətin də olsa, səhnə ilə vidalaşıb - VİDEO
Azərbaycan əsilli müğənni çətin də olsa, səhnə ilə vidalaşıb - VİDEO
Sputnik Azərbaycan
Hazırda ABŞ-da yaşayan dünya şöhrətli müğənni Ququş son konsertini Kaliforniyada verəcək. 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T23:59+0400
2023-09-18T23:59+0400
2023-09-18T23:59+0400
müğənni
mədəniyyət
ququş
iran
kaliforniya
https://cdnn1.img.sputnik.az/img/41164/70/411647066_0:0:1000:563_1920x0_80_0_0_c255835d522fecdac3a95a3e2b7fe65b.jpg
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) böyük səhnə ilə vidalaşıb. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuş 73 yaşlı ifaçı bu barədə sosial media hesabında bildirib. Ququş videomüraciətində bu qərarın onun üçün çox çətin olduğunu vurğulayıb. Qeyd edək ki, müğənni 23 sentyabr tarixində "Son mövsüm" adlı konsert proqramı ilə dünya turuna çıxacaq. Konsert Kaliforniyada baş tutacaq. Ququş kimdir? Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Əslən azərbaycanlı olan valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Ququş ilk dəfə səhnəyə atası ilə çıxıb. Atası zamanında tanınmış kəndirbaz olub. Onlar şah sarayında və şah məclislərində çıxış ediblər. 7 yaşından filmlərə çəkilən Ququş 1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi "Retour de la ville" və "J'entends crier je t'aime" mahnılarına görə birinci yeri tutur. Azərbaycanda Rəşid Behbudovun oxuduğu "Ayrılıq" (mus. Əli Səlimi, söz. Rəcəb İbrahimi) mahnısının ifasına görə daha çox tanınır. Ququş fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. Mahnıları İtaliyada və Cənubi Amerikada müvəffəqiyyət qazanıb. O, İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. Lakin 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. Ququş 2000-ci ildə Şimali Amerikaya köçüb, sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun "Qərib-e aşena" ("Tanış olan özgə") mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb. Ququş 2009-cu ilin iyun ayında İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bildirib. Aclıq aksiyası üç gün – iyulun 22-dən 24-dək davam edəcək. Aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısıdır. Dissident ziyalılar iyunun 12-də İranda keçirilən son prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz edirlər. Ququş öz bəyanatında bildirib ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-də yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: "Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik". Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda onlarla adamın qətlə yetirilməsindən, minlərlə insanın həbsə atılmasından son dərəcə sarsıldığını vurğulayıb: "Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam". Ququş üç dəfə ailə həyatı qurub. İlk nikahından Kambiz adlı oğlu var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41164/70/411647066_85:0:849:573_1920x0_80_0_0_e2185d69285425f9f72472ce642fb219.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müğənni, ququş, iran, kaliforniya
müğənni, ququş, iran, kaliforniya
Azərbaycan əsilli müğənni çətin də olsa, səhnə ilə vidalaşıb - VİDEO
Hazırda ABŞ-da yaşayan dünya şöhrətli müğənni Ququş son konsertini Kaliforniyada verəcək.
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) böyük səhnə ilə vidalaşıb. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuş 73 yaşlı ifaçı bu barədə sosial media hesabında bildirib. Ququş videomüraciətində bu qərarın onun üçün çox çətin olduğunu vurğulayıb.
Qeyd edək ki, müğənni 23 sentyabr tarixində "Son mövsüm" adlı konsert proqramı ilə dünya turuna çıxacaq. Konsert Kaliforniyada baş tutacaq.
Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Əslən azərbaycanlı olan valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Ququş ilk dəfə səhnəyə atası ilə çıxıb. Atası zamanında tanınmış kəndirbaz olub. Onlar şah sarayında və şah məclislərində çıxış ediblər. 7 yaşından filmlərə çəkilən Ququş 1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi "Retour de la ville" və "J'entends crier je t'aime" mahnılarına görə birinci yeri tutur. Azərbaycanda Rəşid Behbudovun oxuduğu "Ayrılıq" (mus. Əli Səlimi, söz. Rəcəb İbrahimi) mahnısının ifasına görə daha çox tanınır.
Ququş fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. Mahnıları İtaliyada və Cənubi Amerikada müvəffəqiyyət qazanıb. O, İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. Lakin 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub.
Ququş 2000-ci ildə Şimali Amerikaya köçüb, sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun "Qərib-e aşena" ("Tanış olan özgə") mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb.
Ququş 2009-cu ilin iyun ayında İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bildirib.
Aclıq aksiyası üç gün – iyulun 22-dən 24-dək davam edəcək. Aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısıdır. Dissident ziyalılar iyunun 12-də İranda keçirilən son prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz edirlər.
Ququş öz bəyanatında bildirib ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-də yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: "Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik".
Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda onlarla adamın qətlə yetirilməsindən, minlərlə insanın həbsə atılmasından son dərəcə sarsıldığını vurğulayıb: "Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam".
Ququş üç dəfə ailə həyatı qurub. İlk nikahından Kambiz adlı oğlu var.