Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Aİİ ölkələrindən biri ilə ticarət dövriyyəsini təxminən 5 dəfə artırıb

© Sputnik / Ilham MustafaYük maşını
Yük maşını - Sputnik Azərbaycan, 1920, 18.09.2023
Abunə olmaq
Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi 21,64 milyon dollara çatıb ki, bu da Azərbaycanın MDB ölkələri ilə ümumi xarici ticarət dövriyyəsinin təxminən 0,57%-ni təşkil edir.
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən biri olan Qırğız Respublikası bu ilin yanvar-iyul aylarındakı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,85 dəfə artıb.
Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
İdarənin məlumatına görə, göstərilən dövrdə Azərbaycan və Qırğız arasında ticarət dövriyyəsi 21,64 milyon dollara çatıb ki, bu da Azərbaycanın MDB ölkələri ilə ümumi xarici ticarət dövriyyəsinin təxminən 0,57%-ni təşkil edir.
Bildirilir ki, 2023-cü ilin hesabat dövründə Azərbaycanın ümumi ticarət dövriyyəsindəki Qırğızıstanın payı təxminən 0,07% təşkil edib.
Eyni zamanda, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın Qırğıza ixracı 19,437 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 19 dəfə çoxdur.
Xəbər lenti
0