https://sputnik.az/20230918/axtarisda-olan-3-azerbaycan-vetendasi-rusiyadan-ekstradisiya-edilib-458720502.html
Axtarışda olan 3 Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya edilib
Axtarışda olan 3 Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya edilib
Sputnik Azərbaycan
Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə... 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T22:07+0400
2023-09-18T22:07+0400
2023-09-18T22:07+0400
ekstradisiya
cəmiyyət
rusiya
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_0:0:3077:1731_1920x0_80_0_0_c989386770c2989790d674acd57d401f.jpg
BAKI, 18 sentyabr — Sputnik. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə əsasən Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunaraq Azərbaycan Respublikasının vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev ölkəmizə ekstradisiya edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarışa elan olunub. Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib. Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyun ayının 12-də ölkəmizdə müəyyən edilib. Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_83:0:2812:2047_1920x0_80_0_0_cc88516b425eab44bc9d2f049cd50451.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ekstradisiya, rusiya
Axtarışda olan 3 Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya edilib
Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib.
BAKI, 18 sentyabr — Sputnik. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə əsasən Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunaraq Azərbaycan Respublikasının vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev ölkəmizə ekstradisiya edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarışa elan olunub.
Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib.
Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyun ayının 12-də ölkəmizdə müəyyən edilib.
Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.