ELM

Kərə yağı yemirsənsə, vitamin içmə! İnsan hər nemətdən az da olsa dadmalıdır - Həkim

© Depositphotos.com / Javiercorrea15Vitaminlər
Vitaminlər - Sputnik Azərbaycan, 1920, 17.09.2023
Abunə olmaq
İbrahim Əhmədovun sözlərinə görə, biz təbiətin bəxş etdiyi qida üçün yararlı olan heç bir nemətdən imtina etməməliyik, o cümlədən çörək və kərə yağından da.
BAKI, 17 sentyabr — Sputnik. Payız-qış aylarında həkimlər profilaktika məqsədilə vitaminlər, qida əlavələri qəbul etməyi tövsiyyə edir. Bəs görəsən bu fəsillərdə təbii yolla orqanizmin immunitetini qaldırmaq üçün necə qidalanmaq lazımdır?
Meyvə yesək də, vitamin də qəbul etmək lazımdır
Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının keçmiş müdiri, dosent İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orqanizmin immun sistemini möhkəmləndirməyə yay aylarından başlamaq lazımdır. Yayda həm günəş vannası qəbul etmək, həm də bol mövsüm meyvələri yeməklə orqanizmin vitaminlərə olan təlabatını ödəmək olar. Amma bəzən qəbul etdiyimiz qidalarla orqanizmimizin təlabatını ödəyəcək səviyyədə vitamin almırıq.
Ekspertin sözlərinə görə, son illər istehsal olunan qidalar o qədər saflaşdırılır ki, orqanizm üçün vacib olan mineral maddələri qidalardan almaq olmur. Ona görə də, həkimlər bioloji aktiv əlavələr qəbul etməyi tövsiyyə edir.
Həkimlə məsləhətləşmədən vitamin qəbulu tövsiyə edilmir!
"Bioloji aktiv əlavələr vitaminlərdir. Vitaminlərin payızda və yazda həkim məsləhəti olmadan profilaktika məqsədilə qəbul edilməsi təhlükəli deyil. Çox yaxşı olar ki, bəzi vitaminləri qəbul etməzdən öncə laborator analizlər aparılsın. Məsələn, D vitamini orqanizmdə artıq olduqda qaraciyərə mənfi təsiri edir. Amma digər vitaminlərin profilatik olaraq ildə bir yaxud iki dəfə qəbulu normaldır. Qida əlavələrinin də polovitamin tərkibli olması məsləhətdir. Amma qida əlavələrinin orqanizmə elə bir faydası yoxdur. İnsan normal qidalanmaqla tələb olunan vitamini qəbul edə bilər".
Meyvə vitamin qəbul etmək üçün kifayət deyil
İ.Əhmədov deyir ki, təbii vitamin qəbul etmək üçün ancaq meyvə yemək də düzgün deyil. Onun sözlərinə görə, qidalanma rəngarəng olmalıdır:
"Qidalanmada "olmaz" sözü yoxdur, izafi sözü var. Bir qidadan izafi qəbul etmək tövsiyyə edilmir. Çox təəssüf ki, bu gün insanların çoxu bəzi qidaları tamamilə rasionundan çıxardıb. Ya çörəkdən imtina edib, yaxud da yağdan. Amma bilməlidirlər ki, nə qədər alıb D vitamini qəbul etsələr də, bədəndə yağ yoxdursa, həmin vitamin orqanizm tərəfindən mənimsənilməyəcək. A və E vitaminləri yağda həll olunur. Əgər bir insan kərə yağı yemirsə, onun bu vitaminləri alıb qəbul etməsi əhəmiyyətsizdir. İnsanlar hər nemətdən az da olsa dadmalıdırlar. Biz təbiətin bəxş etdiyi qida üçün yararlı olan heç bir nemətdən imtina etməməliyik. Bu halda orqanizmimizdə vitamin çatışmazlığı da yaranmayacaq. Bilməliyik ki, qəbul etdiyimiz hər qidanın içərisində bir vitamin var. Rəngarəng qidalansaq, heç bir fəsildə orqanizmimizdə vitamin çatışmazlığı yaranmaz. Cüzi hansısa vitamin çatışmazlığı yaranarsa, bunu profilaktika üçün ildə bir yaxud iki dəfə vitamin qəbul etməklə normaya salmaq olar".
Meyvə yeyin, amma idmanı unutmayın!
Qida eksperti Fərid Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, payız-qış mövsümündə biloji aktiv əlavələrin qəbulu vacibdir. Çünki, orqanizm təbii yolla bədənin ehtiyacı olan qədər vitamin ala bilmir.
Onun fikrincə, vitaminlər qəbul etmək üçün hər fəsildə meyvə-tərəvəzdən istifadə vacibdir. Mövsümi meyvələrlə qidalanmaq daha düzgündür.
"Payız -qış mövsümündə mövsümü olmayan meyvələrlə qidalanmaq tövsiyyə edilmir" - deyə Səfərov bildirib.
O, idmanla gündəlik məşul olmağın da immun sisteminə müsbət təsir etdiyini söyləyir. Vitaminlərin həddindən artıq və kor-koranə istifadəsi isə ekspertin fikrincə, düzgün deyil.
Xəbər lenti
0