DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə meşə yanğını ilə mübarizə aparan helikopter qəzaya uğrayıb - VİDEO

© AP PhotoTürkiyədə meşə yanğını, arxiv
Türkiyədə meşə yanğını, arxiv - Sputnik Azərbaycan, 1920, 17.09.2023
Abunə olmaq
Kənd təsərrüfatı naziri İbrahim Yumaklının sözlərinə görə, bir ekipaj üzvü xilas edilib, daha üç nəfərin axtarışları davam etdirilir.
BAKI, 17 sentyabr-Sputnik. Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iştirak edən helikopter "Tahtalı" su anbarından su götürərkən qəzaya uğrayıb.
Sputnik Azərbaycan “TRT Haber”ə istinadla xəbər verir ki, ölkənin kənd təsərrüfatı naziri İbrahim Yumaklının sözlərinə görə, bir ekipaj üzvü xilas edilib, daha üç nəfərin axtarışları davam etdirilir.
Kənd təsərrüfatı naziri hadisənin baş verdiyi həmin bölgəyə yola düşüb.
Xatırladaq ki, ötən gün İzmirin Menderes rayonunda meşə yanğını başlayıb, hadisənin səbəbi hələ müəyyən edilməyib. Yanğının söndürülməsi üçün rayona 9 təyyarə, 20 helikopter, 54 yanğınsöndürən maşın, 20 avtosistern, buldozer, həmçinin 500-ə yaxın yanğınsöndürən və digər mütəxəssis göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0