https://sputnik.az/20230917/taliyada-serabci-ele-serabda-da-bogulub-458688836.html
İtaliyada şərabçı elə şərabda da boğulub
İtaliyada şərabçı elə şərabda da boğulub
Sputnik Azərbaycan
Oxşar hadisə avqustun əvvəlində Lombardiya bölgəsində baş verib. Burada pendir fabrikinin sahibi pendir rəflərinin üstünə aşması nəticəsində dünyasını dəyişib. 17.09.2023, Sputnik Azərbaycan
2023-09-17T23:44+0400
2023-09-17T23:44+0400
2023-09-17T23:44+0400
dünya xəbərləri
çaxır
şərab
ölüm
italiya
https://cdnn1.img.sputnik.az/img/07e7/09/11/458688667_0:138:3151:1910_1920x0_80_0_0_28d74ed772e618e0a3971921ead103b2.jpg
BAKI, 17 sentyabr - Sputnik. İtaliyanın şimalında şərab zavodunun işçisi həmkarına çaxır çənindən çıxmağa kömək edərkən zəhərli buxarlardan zəhərlənərək boğulub. Bu barədə “il Giornale di Vicenza” qəzeti məlumat yayıb.Belə ki, şərab istehsalı üzrə mütəxəssis Marko Bettolini tərəfdaşı ilə birlikdə Viçenza əyalətində iri müəssisədə çən təmizləyərkən qəfil özünü pis hiss edib. Qırx altı yaşlı Bettolini çəndə qalan həmkarının gözdən itdiyini görüb və onun köməyinə gəlib. Lakin onu şərabdan çıxaran işçi özü huşunu itirib.“İl Messaggero” qəzetinin yazdığına görə, Bettolini çənə düşərək şərabda boğulub.Müəssisəyə gələn təcili yardım maşını və helikopter Bertolininin həmkarını xilas edərək xəstəxanaya çatdıra bilib.Şərab zavodunun rəhbərliyi və bütün Veneto regionunun prezidenti Luka Zaya tərəfindən enoloqun vəfatı ilə əlaqədar başsağlığı bildirilib.Qeyd edək ki, oxşar epizod avqustun əvvəlində Lombardiyanın şimal bölgəsində baş verib. Burada pendir fabrikinin sahibi Cakomo Kapparini pendir rəflərinin çökməsi nəticəsində həlak olub. Xəbər verillirdi ki, anbardakı domino effekti onun üzərinə 16 min ədəd pendirin düşməsinə səbəb olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/11/458688667_211:0:2940:2047_1920x0_80_0_0_ba1d26918ef2b5a4a86f9381f1b32b05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çaxır, şərab, ölüm, italiya
çaxır, şərab, ölüm, italiya
İtaliyada şərabçı elə şərabda da boğulub
Oxşar hadisə avqustun əvvəlində Lombardiya bölgəsində baş verib. Burada pendir fabrikinin sahibi pendir rəflərinin üstünə aşması nəticəsində dünyasını dəyişib.
BAKI, 17 sentyabr - Sputnik. İtaliyanın şimalında şərab zavodunun işçisi həmkarına çaxır çənindən çıxmağa kömək edərkən zəhərli buxarlardan zəhərlənərək boğulub. Bu barədə “il Giornale di Vicenza” qəzeti məlumat yayıb.
Belə ki, şərab istehsalı üzrə mütəxəssis Marko Bettolini tərəfdaşı ilə birlikdə Viçenza əyalətində iri müəssisədə çən təmizləyərkən qəfil özünü pis hiss edib. Qırx altı yaşlı Bettolini çəndə qalan həmkarının gözdən itdiyini görüb və onun köməyinə gəlib. Lakin onu şərabdan çıxaran işçi özü huşunu itirib.
“İl Messaggero” qəzetinin yazdığına görə, Bettolini çənə düşərək şərabda boğulub.
Müəssisəyə gələn təcili yardım maşını və helikopter Bertolininin həmkarını xilas edərək xəstəxanaya çatdıra bilib.
Şərab zavodunun rəhbərliyi və bütün Veneto regionunun prezidenti Luka Zaya tərəfindən enoloqun vəfatı ilə əlaqədar başsağlığı bildirilib.
Qeyd edək ki, oxşar epizod avqustun əvvəlində Lombardiyanın şimal bölgəsində baş verib. Burada pendir fabrikinin sahibi Cakomo Kapparini pendir rəflərinin çökməsi nəticəsində həlak olub. Xəbər verillirdi ki, anbardakı domino effekti onun üzərinə 16 min ədəd pendirin düşməsinə səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.