Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rafaelin naməlum tablosu şəxsi kolleksiyada aşkar edilib

© Sputnik / Виталий Белоусов / Mediabanka keçid"Re:Renaissance" sərgisi, arxiv
Re:Renaissance sərgisi, arxiv - Sputnik Azərbaycan, 1920, 17.09.2023
Abunə olmaq
Xristian müqəddəs qadınını çəkərkən Rafael öz müəlliminin həyat yoldaşının üz cizgilərini qələmə alıb.
BAKI, 17 sentyabr - Sputnik. Dünya şöhrətli rəssam Rafaelin naməlum tablosu İtaliyadan kənarda, şəxsi kolleksiyalardan birində aşkar edilib. Bu barədə RİA Novosti xəbər yayıb.
Belə ki, İtaliyanın Perqola şəhərində görkəmli İntibah ustasının yaradıcılığına həsr olunmuş beynəlxalq konfransın təşkilatçıları bildiriblər ki, Rafaelin əvvəllər naməlum olan tablosu incəsənət tarixçiləri tərəfindən İtaliyadan kənarda şəxsi kolleksiyada aşkar edilib.
Ansa xəbər agentliyi xəbər verir ki, söhbət 1504-cü ildə 46 sm x 34 sm ölçülü qovaq taxtasında çəkilmiş Məryəm Maqdalenanın təsvirindən gedir.
Bir qrup alim bu əsəri diqqətlə öyrəndikdən sonra onun böyük rəssamın fırçasına aid olduğu qənaətinə gəlib.
Maraqlıdır ki, İncilə görə İsa Məsihin çarmıxa çəkilməsində iştirak edən xristian müqəddəs qadınını çəkərkən Rafael öz müəllimi Pietro Peruginonun həyat yoldaşı Çiara Fançellininin təsvir edib.
Bu rəsm haqqında ətraflı nəşr "Open Science, Art and Science" elmi jurnalında "Rafaelin Maqdalenası və ya tələbə müəllimi üstələyəndə" başlığı ilə çıxacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0