https://sputnik.az/20230917/ermenistan-ve-qanunsuz-ermeni-silahli-desteleri-veziyyeti-gerginlesdirmeye-davam-edirler-458687802.html
Qeyri-qanuni erməni silahlıları Ağdam istiqamətində təxribata əl atıblar - Yenilənib
Qeyri-qanuni erməni silahlıları Ağdam istiqamətində təxribata əl atıblar - Yenilənib
Sputnik Azərbaycan
Müdafiə nazirliyi Qarabağdakı vəziyyət barədə məlumat yayıb. 17.09.2023, Sputnik Azərbaycan
2023-09-17T19:30+0400
2023-09-17T19:30+0400
2023-09-17T19:30+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
qarabağ
atəş
kəlbəcər
xocalı
ağdam
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434420891_0:0:1000:563_1920x0_80_0_0_0acec2ff17ee0d1e61a9a6b22758be81.jpg
BAKI, 17 sentyabr - Sputnik. Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir. ***Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri qarşısında mina basdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.Bildirilir ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.Qeyd olunur ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.***Sentyabrın 17-si saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyinin məlumatında bildirilir.***Sentyabrın 17-i saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyinin yaydığı məlumatda bildirilir.Qeyd olunur ki, bundan əlavə saat 00:50-də isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.O da qeyd olnur ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434420891_0:56:629:528_1920x0_80_0_0_a8844ccdadf5ca46ded7426782265132.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, atəş, kəlbəcər, xocalı, ağdam
qarabağ, atəş, kəlbəcər, xocalı, ağdam
Qeyri-qanuni erməni silahlıları Ağdam istiqamətində təxribata əl atıblar - Yenilənib
Müdafiə nazirliyi Qarabağdakı vəziyyət barədə məlumat yayıb.
BAKI, 17 sentyabr - Sputnik. Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda qeyd olunur.
Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri qarşısında mina basdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
"Bundan başqa, saat 15:10 radələrində qeyri-qanuni silahlı dəstələrin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Sentyabrın 17-si saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyinin məlumatında bildirilir.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda qeyd olunur.
Sentyabrın 17-i saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, bundan əlavə saat 00:50-də isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
"Bundan başqa, saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər", - deyə məlumatda bildirilir.
O da qeyd olnur ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.