https://sputnik.az/20230917/bu-hefte-neft-qiymetleri-son-10-ayin-en-yuksek-seviyyesine-catdi-458689282.html
Bu həftə neft qiymətləri son 10 ayın ən yüksək səviyyəsinə çatdı
Bu həftə neft qiymətləri son 10 ayın ən yüksək səviyyəsinə çatdı
Sputnik Azərbaycan
Hasilatın azadılması narahatlığı və Çində neftə olan tələbatın artacağı gözləntiləri qiymətləri ardıcıl 3 həftə qaldırdı. 17.09.2023, Sputnik Azərbaycan
2023-09-17T10:43+0400
2023-09-17T10:43+0400
2023-09-17T10:43+0400
neft-qaz
neft
birja
qiymət
azeri light markalı neft
brent
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_0:160:3072:1888_1920x0_80_0_0_98821e9c1e7e43dc97bd8573b0a6aa28.jpg
BAKI, 17 sentyabr-Sputnik. Bu həftə neft qiymətləri son 10 ayın ən yüksək səviyyəsinə çatdı. Hasilatın azadılması narahatlığı və Çində neftə olan tələbatın artacağı gözləntiləri qiymətləri ardıcıl 3 həftə qaldırdı. "Brent" markalı neft 23 sent artaraq 93,93 dollara, ABŞ-nin Qərbi Texas nefti 61 sent artaraq barreli 90,77 dollara çatıb. "Azeri Light" markalı Azərbaycan nefti 0,03 dollar artaraq 100,56 dollar təşkil edib. Avqust ayında Çində sənaye istehsalı və pərakəndə satışlar gözləniləndən daha sürətlə artıb və bu, iqtisadiyyatın pandemiyadan sonra gücləndiyini göstərir. Bu da neftin qiymətinin artımına dəstək verib. Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_171:0:2902:2048_1920x0_80_0_0_cb0e94fa2f4d6c02f890343de996110b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, birja, qiymət, azeri light markalı neft, brent
neft, birja, qiymət, azeri light markalı neft, brent
Bu həftə neft qiymətləri son 10 ayın ən yüksək səviyyəsinə çatdı
Hasilatın azadılması narahatlığı və Çində neftə olan tələbatın artacağı gözləntiləri qiymətləri ardıcıl 3 həftə qaldırdı.
BAKI, 17 sentyabr-Sputnik. Bu həftə neft qiymətləri son 10 ayın ən yüksək səviyyəsinə çatdı. Hasilatın azadılması narahatlığı və Çində neftə olan tələbatın artacağı gözləntiləri qiymətləri ardıcıl 3 həftə qaldırdı.
"Brent" markalı neft 23 sent artaraq 93,93 dollara, ABŞ-nin Qərbi Texas nefti 61 sent artaraq barreli 90,77 dollara çatıb.
"Azeri Light" markalı Azərbaycan nefti 0,03 dollar artaraq 100,56 dollar təşkil edib.
Avqust ayında Çində sənaye istehsalı və pərakəndə satışlar gözləniləndən daha sürətlə artıb və bu, iqtisadiyyatın pandemiyadan sonra gücləndiyini göstərir. Bu da neftin qiymətinin artımına dəstək verib.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.