Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Qanunlarımız çərçivəsində Ağdam və Laçın yollarının paralel istifadəsinə hazırıq - XİN

© Photo : MFAAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan, 1920, 17.09.2023
Abunə olmaq
XİN rəsmisi bildirib ki, yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə rəsmi nota təqdim edilməsi gözlənilir.
BAKI, 17 sentyabr - Sputnik. "Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-XankəndiAğdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
© Photo : MFAAyxan Hacızadə
Ayxan Hacızadə - Sputnik Azərbaycan, 1920, 17.09.2023
Ayxan Hacızadə

“Bu gün BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır”, - deyə Ayxan Hacızadə qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.09.2023
SİYASƏT
Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün yeni format təklif edib
Xəbər lenti
0