NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya artan neft qiymətlərindən getdikcə daha çox gəlir əldə edir

© AP Photo / Tony Gutierrezneft
neft - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
Ötən ay Rusiya tərəfi xam neft ixracından 17,1 milyard dollar gəlir əldə edib ki, bu da iyul ayı ilə müqayisədə 1,8 milyard çoxdur.
BAKI, 16 sentyabr — Sputnik. Rusiya qiymətlərin artması fonunda neft satışından getdikcə daha çox gəlir əldə edir. "Business Insider" Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinadən bu barədə yazıb.
Nəşrdə qeyd edildiyi kimi, ötən ay Rusiya tərəfi xam neft ixracından 17,1 milyard dollar gəlir əldə edib. Bu, iyul ayı ilə müqayisədə 1,8 milyard çoxdur.
"WTI" markalı neft iyunun sonundan etibarən 26% bahalaşaraq, təxminən 96 dollar/barelə çatıb. Rusiyanın "Urals" brendinin qiymətləri 33% artıb. Eyni zamanda, hər iki göstərici demək olar ki, on aylıq maksimuma çatıb.
Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, artan neft gəlirləri, çox güman ki, Rusiya Federasiyasına yeni iqtisadi təkan verəcək.
Qeyd edək ki, bu günlərdə Rusiya Maliyyə Nazirliyi də oktyabrın 1-dən Rusiya neftinin ixracına rüsumun 2,5 dollar artaraq bir ton üçün 23,9 dollara çatacağını açıqlayıb.
Xəbər lenti
0