ELM

“Roskosmos” və NASA çarpaz uçuş müqaviləsinə əlavə hazırlayırlar

© Sputnik / Фотохост Конгресса молодых учёных / Mediabanka keçid"Roskosmos" loqotipi
Roskosmos loqotipi - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
Hazırda “Starliner” gəmisində uçacaq heyətlərin təsdiqi istiqamətində də işlər aparılır.
BAKI, 16 sentyabr — Sputnik. Rusiyanın dövlət korporasiyası “Roskosmos” və Amerika Kosmik Agentliyi olan NASA çarpaz uçuşlar haqqında sazişə əlavə hazırlayır. O, 2024-2025-ci illər üçün ekipajları qeydiyyata alacaq.
Bunu Rusiya korporasiyasının baş direktoru Yuri Borisov bildirib.
ABŞ Beynəlxalq Kosmik Stansiya (BKS) əməliyyatı başa çatana qədər birgə uçuşlar üzrə əməkdaşlığı davam etdirməyə hazırdır.
“Bu gün biz sazişə 2 nömrəli əlavə hazırlayırıq, burada 2024 və 2025-ci illərdə inteqrasiya olunmuş ekipajların uçuşlarını həyata keçirməyi planlaşdırırıq”, - deyə “RİA Novosti” Borisovun sözlərindən nümunə gətirib.
Hazırda “Starliner” gəmisində uçacaq heyətlərin təsdiqi istiqamətində də işlər aparılır. Hələ ki, bu gəmi BKS-ə pilotsuz rejimdə uçub.
NASA-nın Kosmik Əməliyyatlar üzrə direktoru Kennet Bauersoks aydınlaşdırıb ki, inteqrasiya olunmuş ekipajlar beynəlxalq formatda Rusiya və ABŞ-ın işinin ahəngdarlığını nümayiş etdirir. Bu cür əməliyyatlar beynəlxalq əməkdaşlığın təməlinə çevrilə bilər.
Qeyd edək ki, sentyabrın 16-na keçən gecə “Soyuz MS-24” kosmik gəmisinin ekipajı BKS-ə yollanıb. Gəmidə rusiyalı kosmonavtlar Oleq Kononenko və Nikolay Çub, həmçinin amerikalı astronavt Loral O'Hara var.
Xəbər lenti
0