DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pentaqon: "ATACMS" raketlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı qərar hələ verilməyib

© AP Photo / Mosa'ab Elshamyraket
raket - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə "ATACMS" raketləri tədarük etmək qərarına gəlsələr, Rusiya Silahlı Qüvvələrinin elektron döyüş sistemləri onları asanlıqla məhv edə biləcək.
BAKI, 16 sentyabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində "ATACMS" uzaqmənzilli raketlərinin Kiyevə təhvil verilməsi ilə bağlı qərar hələ verilməyib.
Bu barədə Amerika departamentinin nümayəndəsi məlumat verib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, o, eyni zamanda əlavə edib ki, ABŞ Kiyevlə daim təmasdadır.
"Hazırda "ATACMS"ın tədarükü ilə bağlı heç bir qərar verilməyib", - deyə mənbə qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Amerika kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə "ATACMS" raketləri tədarük etmək qərarına gəlsələr, Rusiya Silahlı Qüvvələrinin elektron döyüş sistemləri onları asanlıqla məhv edə biləcək.
Xəbər lenti
0