https://sputnik.az/20230916/maqate-bas-direktoru-zaporojye-aes-i-soyutmaq-ucun-bir-nece-ay-kifayet-qeder-su-olacaq-458677053.html
MAQATE baş direktoru: Zaporojye AES-i soyutmaq üçün bir neçə ay kifayət qədər su olacaq
MAQATE baş direktoru: Zaporojye AES-i soyutmaq üçün bir neçə ay kifayət qədər su olacaq
Sputnik Azərbaycan
Avqustun sonunda Zaporojye AES-də MAQATE müfəttişlərinin növbəti rotasiyası baş tutub. 16.09.2023, Sputnik Azərbaycan
2023-09-16T22:25+0400
2023-09-16T22:25+0400
2023-09-16T22:25+0400
zaporojye
dünya xəbərləri
aes
maqate
ukrayna
silahlı qüvvələr
müfəttiş
https://cdnn1.img.sputnik.az/img/07e6/09/01/445609811_0:354:3013:2048_1920x0_80_0_0_21cf1fd81b15d77931e1bb541c12799d.jpg
BAKI, 16 sentyabr — Sputnik. Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) soyudulması üçün bir neçə ay ərzində kifayət qədər su olacaq. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib. "Kaxovka su anbarının tükənməsindən sonra ərazinin su ehtiyatlarının stabilləşdirilməsi üçün tədbirlər görülüb ki, bu da hazırkı şəraitdə bir neçə aylıq soyutma üçün kifayətdir", - MAQATE-nin mətbuat xidməti Qrossinin sözlərindən sitat gətirib. Agentliyin mütəxəssisləri stansiyanın ərazisinə baxış zamanı hər hansı yeni mina və ya partlayıcı aşkar etməyiblər. MAQATE mütəxəssisləri turbin otaqlarına daxil olmaq və birinci, ikinci, beşinci və altıncı reaktor bloklarının damlarına çıxmaq istəyirlər. Gəzintilər və işçilərlə görüşlər davam edir. Avqustun sonunda Zaporojye AES-də MAQATE müfəttişlərinin növbəti rotasiyası baş tutub. Xatırladaq ki, stansiya rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin təxribat təhlükəsinin artması ilə əlaqədar işçilərin sayını müvəqqəti azaltmaq qərarına gəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/01/445609811_0:0:2731:2048_1920x0_80_0_0_2b5a7d81bf14795073b62f4f60878e3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
zaporojye, aes, maqate, ukrayna, silahlı qüvvələr, müfəttiş
zaporojye, aes, maqate, ukrayna, silahlı qüvvələr, müfəttiş
MAQATE baş direktoru: Zaporojye AES-i soyutmaq üçün bir neçə ay kifayət qədər su olacaq
Avqustun sonunda Zaporojye AES-də MAQATE müfəttişlərinin növbəti rotasiyası baş tutub.
BAKI, 16 sentyabr — Sputnik. Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) soyudulması üçün bir neçə ay ərzində kifayət qədər su olacaq.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.
"Kaxovka su anbarının tükənməsindən sonra ərazinin su ehtiyatlarının stabilləşdirilməsi üçün tədbirlər görülüb ki, bu da hazırkı şəraitdə bir neçə aylıq soyutma üçün kifayətdir", - MAQATE-nin mətbuat xidməti Qrossinin sözlərindən sitat gətirib.
Agentliyin mütəxəssisləri stansiyanın ərazisinə baxış zamanı hər hansı yeni mina və ya partlayıcı aşkar etməyiblər. MAQATE mütəxəssisləri turbin otaqlarına daxil olmaq və birinci, ikinci, beşinci və altıncı reaktor bloklarının damlarına çıxmaq istəyirlər. Gəzintilər və işçilərlə görüşlər davam edir.
Avqustun sonunda Zaporojye AES-də MAQATE müfəttişlərinin növbəti rotasiyası baş tutub.
Xatırladaq ki, stansiya rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin təxribat təhlükəsinin artması ilə əlaqədar işçilərin sayını müvəqqəti azaltmaq qərarına gəlib.