Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın hərbi aviasiya vasitələri çətin pilotaj və döyüş manevrləri edib - VİDEO

© AR Ministry of DefenceИстребитель МиГ-29 ВВС Азербайджана совершил первый полет на фестивале «Технофест-2021»
Истребитель МиГ-29 ВВС Азербайджана совершил первый полет на фестивале «Технофест-2021» - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
BAKI, 16 sentyabr — Sputnik. Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Xəbər lenti
0