https://sputnik.az/20230916/abs-rusiyanin-esas-taxil-tedarukcusu-olmasina-imkan-vermek-istemir---usaid-458677457.html
ABŞ Rusiyanın əsas taxıl tədarükçüsü olmasına imkan vermək istəmir - USAID
ABŞ Rusiyanın əsas taxıl tədarükçüsü olmasına imkan vermək istəmir - USAID
Sputnik Azərbaycan
Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer Pauer "Foreign Policy" jurnalının təşkil etdiyi müzakirədə çıxış edib. 16.09.2023, Sputnik Azərbaycan
2023-09-16T20:54+0400
2023-09-16T20:54+0400
2023-09-16T20:56+0400
abş
dünya xəbərləri
taxıl
müqavilə
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/42418/29/424182910_0:159:3078:1890_1920x0_80_0_0_1642bb70e331dbd1f46fcd735455fc13.jpg
BAKI, 16 sentyabr — Sputnik. ABŞ Rusiyanın bazarda Ukrayna taxılını öz taxılı ilə əvəz etməsinə və əsas təchizatçıya çevrilməsinə imkan vermək istəmir. Bunu Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer bildirib. "Rusiya boşluğu doldurmağa və onun Qara dəniz taxıl sazişindən çıxmasından faydalanmağa çalışır, bununla da Ukrayna taxılının bazara daxil olmasına, bir nömrəli təchizatçıya çevrilməsinə mane olur. Ona görə də mən bunların hər hansı birinin baş verməsinin qarşısını almağa çalışıram", - deyə Pauer "Foreign Policy" jurnalının təşkil etdiyi müzakirə zamanı bildirib. Xatırladaq ki, "Taxıl müqaviləsi" iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etiraz etdiyi barədə xəbərdar edib. Rusiya Prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri öz vədlərini yerinə yetirmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələri, o cümlədən Afrika ölkələrini taxılla təmin etmək heç vaxt həyata keçirilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42418/29/424182910_174:0:2905:2048_1920x0_80_0_0_e459d68d0e6efde6246c6b59b12c7aa2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, taxıl, müqavilə, rusiya, ukrayna
abş, taxıl, müqavilə, rusiya, ukrayna
ABŞ Rusiyanın əsas taxıl tədarükçüsü olmasına imkan vermək istəmir - USAID
20:54 16.09.2023 (Yenilənib: 20:56 16.09.2023) Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer Pauer "Foreign Policy" jurnalının təşkil etdiyi müzakirədə çıxış edib.
BAKI, 16 sentyabr — Sputnik. ABŞ Rusiyanın bazarda Ukrayna taxılını öz taxılı ilə əvəz etməsinə və əsas təchizatçıya çevrilməsinə imkan vermək istəmir.
Bunu Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer bildirib.
"Rusiya boşluğu doldurmağa və onun Qara dəniz taxıl sazişindən çıxmasından faydalanmağa çalışır, bununla da Ukrayna taxılının bazara daxil olmasına, bir nömrəli təchizatçıya çevrilməsinə mane olur. Ona görə də mən bunların hər hansı birinin baş verməsinin qarşısını almağa çalışıram", - deyə Pauer "Foreign Policy" jurnalının təşkil etdiyi müzakirə zamanı bildirib.
Xatırladaq ki, "Taxıl müqaviləsi" iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etiraz etdiyi barədə xəbərdar edib. Rusiya Prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri öz vədlərini yerinə yetirmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələri, o cümlədən Afrika ölkələrini taxılla təmin etmək heç vaxt həyata keçirilməyib.