DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Uşaq oyuncaqları və dərmanların saxtalaşdırılması: Aİİ kontrafaktla necə mübarizə aparacaq

© Sputnik / Irade JELILUşaq oyuncaqları
Uşaq oyuncaqları - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Ənənəvi olaraq, Avrasiya İqtisadi İttifaqı ölkələrində kontrafakt məhsullar kateqoriyasında aparıcı yerləri lüks brendlərin geyim və ayaqqabıları, həmçinin uşaq oyuncaqları, avtomobil üçün ehtiyat hissələri və əczaçılıq məhsulları tutur.
BAKI, 15 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində 2022-ci ildə əqli mülkiyyət sahəsində 6 mindən çox qanun pozuntusu və cinayət müəyyən edilib, həmçinin 9 milyon kontrafakt məhsul ələ keçirilib.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) Sahibkarlıq fəaliyyətinin inkişafı departamentinin direktor müavini Nurcamal İlyasova "Mir" telekanalına müsahibəsində deyib.
Qeyd edək ki, oktyabrın 5-6-da Sankt-Peterburqda "Antikontrafakt-2023" Beynəlxalq Forumu keçiriləcək. Forum artıq 11-ci dəfədir ki, Aİİ ölkələrində növbə ilə keçirilir.
İlyasovanın sözlərinə görə, ənənəvi olaraq ittifaqa üzv olan ölkələrdə kontrafakt məhsullar kateqoriyasında aparıcı yerləri lüks brendlərin geyim və ayaqqabıları, həmçinin uşaq oyuncaqları, avtomobil üçün ehtiyat hissələri və əczaçılıq məhsulları tutur.
"Kontrafakt məhsulların dövriyyəsi ilə mübarizənin ənənəvi aləti qanunları pozanların mülki, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsidir. Son zamanlar bu tədbirlərə yeni mexanizmlər də əlavə edilib – məhsulların markalanması və izlənməsi, internet resurslarının bloklanması üçün məhkəmə və qeyri-məhkəmə mexanizmi, risklərin idarə edilməsi sistemlərindən istifadə, istehlakçıların savadlılıq səviyyəsinin artırılması və digər tədbirlər görülməlidir" - İlyasova bildirib.
Bundan əlavə, əqli mülkiyyət sahəsindəki əsas Avrasiya prosesləri sırasında İlyasova əmtəə nişanlarının qeydiyyatı və məhsulların mənşə yerlərinin adlandırılması üçün regional sistemin işə salınmasını xüsusi qeyd edib. Bu, onların Aİİ ərazisində sərbəst hərəkət etmələri və ittifaqın xarici perimetri ilə daxil olan kontrafakt məhsullardan qorunması üçün imkanlar açacaq.
"Bu əmtəə nişanları və məhsulların mənşə yerlərinin adları ittifaqa üzv olan ölkələrin əqli mülkiyyət obyektlərinin vahid gömrük reyestrinə daxil edilə bilər. Vahid gömrük reyestrinin işə salınması aktiv mərhələdədir və hazırda ittifaqın bütün ölkələrin bu prosesə qoşulması üçün zəruri olan proqram təminatı hazırlanır", - deyə İlyasova bildirib.
Bundan əlavə, departament direktorunun müavini qeyd edib ki, Aİİ ölkələrində qorunan əqli mülkiyyət obyektlərinin onlayn axtarış sisteminin yaradılması üzrə işlər aparılır.
İlyasova onu da əlavə edib ki, bu xidmət həm yeni əqli mülkiyyət obyektlərinin qeydiyyatına, həm də mövcud olan obyektlərin kommersiyallaşdırılmasına kömək edəcək.
Xəbər lenti
0