CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk polis Ermənistanla oyunda Azərbaycan bayrağına ehtirama görə təltif olundu - VİDEO

© AP Photo / Luca BrunoAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini Emniyət Müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.
BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Əmniyyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan Respublikası DİN tərəfindən təltif edilib.
DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin "Beynəlxalq Əməkdaşlığa Görə" döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.
DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini əmniyyət müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.
Qeyd edək ki, Türkiyə-Ermənistan matçından əvvəl arenaya gələn azarkeş özü ilə Azərbaycan bayrağını gətirib. Polis onun üstünü axtaran zaman bayrağı götürüb və ehtiramla öpərək qadın həmkarına ötürüb. Həmkarı da eyni hərəkəti təkrarlayıb. Azərbaycan bayrağını öpən polis qeyd edib ki, onun bu hərəkətini videoya çəkərək sosial şəbəkəyə yerləşdiriblər.
"Biz bir millət, iki dövlətik. Türk bayrağı ilə necə davranırıqsa, Azərbaycan bayrağı ilə də elə davranırıq. Sosial şəbəkədə hərəkətimin təqdir edildiyini görəndə, qürur duydum" - deyə Ramazan Şahin bildirib.
Xəbər lenti
0