DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp: ABŞ cəhənnəmə doğru gedir, ancaq mən ölkəni xilas edə bilərəm

© AFP 2023 / CHANDAN KHANNATramp
Tramp - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Ağ Evin sabiq rəhbəri həbsdən qorxmadan ABŞ prezident seçkilərində iştirak etməyə hazırdır.
BAKI, 15 sentyabr — Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp "cəhənnəmə doğru gedən" ölkəni xilas etmək istəyinə görə həbsdən qorxmadan prezident seçkilərində iştirak edəcəyini bildirib.
Bu barədə Rusiya mediası xəbər verib.
"Ölkəmiz cəhənnəmə doğru gedir. Ölkəmiz dağılır. Mən isə bunu çox tez dəyişə və ABŞ-ı xilas edə bilərəm", - deyə Tramp "SiriuxXM" radiosuna verdiyi müsahibədə 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinin vacibliyini vurğulayıb.
Bu yaxınlarda Ağ Evin sabiq rəhbəri bildirib ki, ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden Rusiya lideri Vladimir Putinə ABŞ hakimiyyətini qınamaq üçün əsas verib.
Onu da qeyd edək ki, Tramp Taker Karlsona verdiyi müsahibədə, Baydendən fərqli olaraq , Ukrayna münaqişəsini bir gündə başa çatdırmaq bacarığından danışıb və hazırki ABŞ prezidentinin "kifayət qədər səriştəsiz" olduğunu deyib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 13.08.2023
DÜNYA XƏBƏRLƏRİ
Tramp: ABŞ prezident seçkilərində qalib gəlmək şansı 100%-ə yaxındır
Xəbər lenti
0