https://sputnik.az/20230915/taxil-tranziti-fonunda-ukrayna-ve-polsa-arasinda-qalmaqal-alovlanib-458647153.html
Taxıl tranziti fonunda Ukrayna və Polşa arasında qalmaqal alovlanıb
Taxıl tranziti fonunda Ukrayna və Polşa arasında qalmaqal alovlanıb
Sputnik Azərbaycan
Ukrayna nümayəndə heyəti Varşavanı bilavasitə taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham edib. 15.09.2023, Sputnik Azərbaycan
2023-09-15T22:44+0400
2023-09-15T22:44+0400
2023-09-15T22:44+0400
taxıl
dünya xəbərləri
kiyev
varşava
ukrayna
polşa
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546909_0:160:3072:1888_1920x0_80_0_0_14c8c37ec7c8880d1323cdc238b37f13.jpg
BAKI, 15 sentyabr — Sputnik. Ukrayna Kənd Təsərrüfatı Məhsullarının İxracına dair Koordinasiya Platformasının növbəti iclası son dərəcə emosional keçib. Kiyev nümayəndələri Polşanı taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham ediblər. "RMF FM" radiostansiyası bu barədə xəbər verib. Aİ-nin yüksək rütbəli diplomatı ilə əlaqə saxlayan jurnalistlərin sözlərinə görə, tədbirdə Ukrayna nümayəndə heyətinin davranışı səbəbindən çox gərgin atmosfer yaranıb. Kiyevdə güman edilir ki, Varşava sərhəd keçidlərində gözləmə müddətini uzatmaq üçün xüsusi olaraq baytarlıq nəzarəti tətbiq edir. Nəticədə, məhsul orada 12 günə qədər qalır. "Başqa sözlə desək, Varşava bilavasitə taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham olunurdu", - məlumatda belə deyilir. Mənbə əlavə edib ki, emosiyaların vəziyyətə praktiki olaraq heç bir təsiri yoxdur. Bu məsələyə iqtisadi və siyasi kontekstdə baxmaq lazımdır. Bundan əvvəl bildirilmişdi ki, Polşa hökuməti sentyabrın 15-dən sonra Ukraynadan taxıl idxalına qadağa qoyub. Varşava, həmçinin bu qətnaməni AK-ya göndərib.
varşava
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546909_171:0:2902:2048_1920x0_80_0_0_650e66fb6b24633399bebf00fbbe3d3e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, kiyev, varşava, ukrayna, polşa
taxıl, kiyev, varşava, ukrayna, polşa
Taxıl tranziti fonunda Ukrayna və Polşa arasında qalmaqal alovlanıb
Ukrayna nümayəndə heyəti Varşavanı bilavasitə taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham edib.
BAKI, 15 sentyabr — Sputnik. Ukrayna Kənd Təsərrüfatı Məhsullarının İxracına dair Koordinasiya Platformasının növbəti iclası son dərəcə emosional keçib. Kiyev nümayəndələri Polşanı taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham ediblər.
"RMF FM" radiostansiyası bu barədə xəbər verib.
Aİ-nin yüksək rütbəli diplomatı ilə əlaqə saxlayan jurnalistlərin sözlərinə görə, tədbirdə Ukrayna nümayəndə heyətinin davranışı səbəbindən çox gərgin atmosfer yaranıb. Kiyevdə güman edilir ki, Varşava sərhəd keçidlərində gözləmə müddətini uzatmaq üçün xüsusi olaraq baytarlıq nəzarəti tətbiq edir. Nəticədə, məhsul orada 12 günə qədər qalır.
"Başqa sözlə desək, Varşava bilavasitə taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham olunurdu", - məlumatda belə deyilir.
Mənbə əlavə edib ki, emosiyaların vəziyyətə praktiki olaraq heç bir təsiri yoxdur. Bu məsələyə iqtisadi və siyasi kontekstdə baxmaq lazımdır.
Bundan əvvəl bildirilmişdi ki, Polşa hökuməti sentyabrın 15-dən sonra Ukraynadan taxıl idxalına qadağa qoyub. Varşava, həmçinin bu qətnaməni AK-ya göndərib.