https://sputnik.az/20230915/qht-ler-maksimum-ne-qeder-qrant-ala-biler-bas-nazir-meblegi-tesdiqledi-458655110.html
QHT-lər maksimum nə qədər qrant ala bilər? Baş nazir məbləği təsdiqlədi
QHT-lər maksimum nə qədər qrant ala bilər? Baş nazir məbləği təsdiqlədi
Sputnik Azərbaycan
Qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında Qərar təsdiq edilib. 15.09.2023, Sputnik Azərbaycan
2023-09-15T14:15+0400
2023-09-15T14:15+0400
2023-09-15T14:15+0400
cəmiyyət
əli əsədov
qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurası
qrant
"qrant haqqında" qanun
"qrant haqqında" azərbaycan respublikasının qanunu
https://cdnn1.img.sputnik.az/img/41664/22/416642238_0:262:3500:2231_1920x0_80_0_0_04586302ad20da26c94fb7c359b07f08.jpg
BAKI, 15 sentyabr — Sputnik. "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası" təsdiqlənib. Sputnik Azərbaycan xəbər verir ki, sənəd Nazirlər Kabinetinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının (QHT) qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında Qərarı ilə təsdiq edilib. Qərara əsasən, "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələrin qrant məbləğinin müəyyən edilməsinə dair meyarlar və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi" də təsdiq edilib. Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan informasiya ehtiyatı fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir. QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşib! Həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib: 1. "Kiçik qrant müsabiqəsi" çərçivəsində hər bir mövzu üzrə - 15000 (on beş min) manat; 2. "Orta qrant müsabiqəsi" çərçivəsində hər bir mövzu üzrə - 30000 (otuz min) manat; 3. "Böyük qrant müsabiqəsi" çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat; 4. "Səfər qrantı müsabiqəsi" üzrə - 10000 (on min) manat.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41664/22/416642238_88:0:3413:2494_1920x0_80_0_0_500ba0e63974ecd4248eb8128004ccee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurası, qrant, "qrant haqqında" qanun, "qrant haqqında" azərbaycan respublikasının qanunu
əli əsədov, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurası, qrant, "qrant haqqında" qanun, "qrant haqqında" azərbaycan respublikasının qanunu
QHT-lər maksimum nə qədər qrant ala bilər? Baş nazir məbləği təsdiqlədi
Qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında Qərar təsdiq edilib.
BAKI, 15 sentyabr — Sputnik. "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası" təsdiqlənib.
Sputnik Azərbaycan xəbər verir ki, sənəd Nazirlər Kabinetinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının (QHT) qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında Qərarı ilə təsdiq edilib.
Qərara əsasən, "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələrin qrant məbləğinin müəyyən edilməsinə dair meyarlar və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi" də təsdiq edilib.
Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan informasiya ehtiyatı fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir.
QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşib!
Həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib:
1. "Kiçik qrant müsabiqəsi" çərçivəsində hər bir mövzu üzrə - 15000 (on beş min) manat;
2. "Orta qrant müsabiqəsi" çərçivəsində hər bir mövzu üzrə - 30000 (otuz min) manat;
3. "Böyük qrant müsabiqəsi" çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat;
4. "Səfər qrantı müsabiqəsi" üzrə - 10000 (on min) manat.