SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyevin Tacikistana səfəri başa çatıb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Tacikistana səfərə gəlib
İlham Əliyev Tacikistana səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər yola salıblar.
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 15-də başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər yola salıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə getmişdi.
Xatırladaq ki, Mərkəzi Asiyanın beş ölkə başçısının ötən görüşü 21 iyul 2022-ci ildə Qırğızıstanda keçirilib. Belə görüşlərin keçirilməsi ideyasını 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev verib.
Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə  - Sputnik Azərbaycan, 1920, 14.09.2023
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit ölkəsidir - Prezident
Xəbər lenti
0