Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir bu il hansı məktəblərin istifadəyə veriləcəyinə aydınlıq gətirdi

© Sputnik / Murad OrujovEmin Əmrullayev
Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Nazir həmçinin digər işğaldan azad olunmuş rayonlarda məktəbin tikintisi, təhsil infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdiyini deyib.
BAKI, 15 sentyabr — Sputnik. Şuşada bu il məktəb istifadəyə veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, bu il tədris ilinin sonuna kimi Zabux qəsəbəsi də təhsilə qoşulacaq:
"Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdırılır. Zabux qəsəbəsinin də 100-dən artıq şagirdlə bu tədris ilinin sonuna kimi təhsilə qoşulacağına inanırıq. Ağalı kəndində də məktəbimizin fəaliyyəti günü-gündən genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird var idisə, artıq həmin məktəb də 120 şagirdlə təhsili davam etdirir. Eyni zamanda, Talış kəndində də məktəbimizdə təhsil davam edir. Şuşa şəhərində olan 1 saylı məktəbdə tədrisin ikinci yarım ildən təşkilini gözləyirik".
Nazir həmçinin digər işğaldan azad olunmuş rayonlarda məktəbin tikintisi, təhsil infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdiyini deyib.
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə ilk dəfə 15 sentyabr "Bilik günü"nü qeyd edən müəllim və şagirdlərlə görüşüb.Füzuli şəhərində inşa olunan ilk məktəb binası 960 şagird yerlikdir. Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb Özbəkistan tərəfindən tikilib. 2023-2024-cü tədris ilində sözügedən məktəbdə XI sinifdə 160 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 15 müəllim məşğul olacaq.
Qeyd edək ki, 960 şagird yerlik ikimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur. Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.
Xəbər lenti
0