https://sputnik.az/20230915/moskva-lacin-yolu-meselesinde-baki-ve-revanla-ardicil-isleyir---peskov-458663221.html
Moskva Laçın yolu məsələsində Bakı və İrəvanla ardıcıl işləyir - Peskov
Moskva Laçın yolu məsələsində Bakı və İrəvanla ardıcıl işləyir - Peskov
Sputnik Azərbaycan
Kremlin nümayəndəsi xatırladıb ki, Rusiya tərəfinin təşkil etdiyi humanitar yardımın ilk partiyası bu yaxınlarda Qarabağın erməni sakinlərinə çatdırılıb. 15.09.2023, Sputnik Azərbaycan
2023-09-15T17:35+0400
2023-09-15T17:35+0400
2023-09-15T17:44+0400
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_0:0:3072:1728_1920x0_80_0_0_a7743b21c1e3df9fb7c4f2be0622efce.jpg
BAKI, 15 sentyabr — Sputnik. Rusiya Laçın yolu ilə bağlı Bakı və İrəvanla ardıcıl işləyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov jurnalistlərə ABŞ Dövlət Departamentinin Laçın dəhlizinin dərhal açılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib: "Rusiya tərəfi həm Bakı, həm də İrəvanla ardıcıl olaraq işini davam etdirir. Biz bunu davam etdirəcəyik". Kremlin nümayəndəsi xatırladıb ki, Rusiya tərəfinin təşkil etdiyi humanitar yardımın ilk partiyası bu yaxınlarda Qarabağın erməni sakinlərinə çatdırılıb. Xatırladaq ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq və digər yüklərin olduğu yük maşını sentyabrın 12-də Xankəndinə gəlib. Yük maşını iki gün Bərdədə yubanmaqla Ağdam-Xankəndi yolu ilə yükü çatdırırıb. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə Qarabağdakı humanitar problemin əvvəlcədən düşünülmüş olduğunu bəyan edərək, Ermənistan sakinlərinin Bakıdan humanitar yardımı qəbul etməkdən imtina etməsinə işarə edib. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Öz növbəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edib ki, Moskva Azərbaycan və Ermənistandakı tərəfdaşları ilə dialoqu davam etdirməyə hazırdır. "Biz onlarla növbəti tədbirlərimizlə bağlı qərar verdikdə, mütləq jurnalistlərə məlumat verəcəyik", - deyə Qaluzin jurnalistlərin "nazirlərin növbəti görüşü gözlənilirmi?" sualına cavab verib. Xatırladaq ki, ötən il Azərbaycan və Ermənistan Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_171:0:2902:2048_1920x0_80_0_0_51917d415c1c870fb78c87edfb7d8324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov
Moskva Laçın yolu məsələsində Bakı və İrəvanla ardıcıl işləyir - Peskov
17:35 15.09.2023 (Yenilənib: 17:44 15.09.2023) Kremlin nümayəndəsi xatırladıb ki, Rusiya tərəfinin təşkil etdiyi humanitar yardımın ilk partiyası bu yaxınlarda Qarabağın erməni sakinlərinə çatdırılıb.
BAKI, 15 sentyabr — Sputnik. Rusiya Laçın yolu ilə bağlı Bakı və İrəvanla ardıcıl işləyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov jurnalistlərə ABŞ Dövlət Departamentinin Laçın dəhlizinin dərhal açılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib: "Rusiya tərəfi həm Bakı, həm də İrəvanla ardıcıl olaraq işini davam etdirir. Biz bunu davam etdirəcəyik".
Kremlin nümayəndəsi xatırladıb ki, Rusiya tərəfinin təşkil etdiyi humanitar yardımın ilk partiyası bu yaxınlarda Qarabağın erməni sakinlərinə çatdırılıb.
Xatırladaq ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq və digər yüklərin olduğu yük maşını sentyabrın 12-də Xankəndinə gəlib. Yük maşını iki gün Bərdədə yubanmaqla Ağdam-Xankəndi yolu ilə yükü çatdırırıb.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə Qarabağdakı humanitar problemin əvvəlcədən düşünülmüş olduğunu bəyan edərək, Ermənistan sakinlərinin Bakıdan humanitar yardımı qəbul etməkdən imtina etməsinə işarə edib.
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması
Öz növbəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edib ki, Moskva Azərbaycan və Ermənistandakı tərəfdaşları ilə dialoqu davam etdirməyə hazırdır.
"Biz onlarla növbəti tədbirlərimizlə bağlı qərar verdikdə, mütləq jurnalistlərə məlumat verəcəyik", - deyə Qaluzin jurnalistlərin "nazirlərin növbəti görüşü gözlənilirmi?" sualına cavab verib.
Xatırladaq ki, ötən il Azərbaycan və Ermənistan Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.