SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Ərazilərimizdən beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilib

Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Prezident vurğulayıb ki, ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılıb, talan olunub, bütün mədəni və dini abidələr dağıdılıb, məscidlər təhqir olunub, qarət edilib.
BAKI, 15 sentyabr — Sputnik. Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20 faiz torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına ünvanlandığı məktubda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, 2020-ci ildə ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan digər çağırışlarla qarşılaşıb. Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılıb, talan olunub, bütün mədəni və dini abidələr dağıdılıb, məscidlər təhqir olunub, qarət edilib. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4 minə yaxın insan itkin düşüb ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırıb, urbisid, kultursid və ekosid cinayətləri törədib. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlayıb.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzvü olduğu ilk təşkilatlardan birinin də İqtisadi Əməkdaşlıq Təşkilatı olduğunu qeyd edən Prezident İlham Əliyev İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımızın beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf etməsini sevindirici hal adlandırıb.
Xəbər lenti
0