https://sputnik.az/20230915/heyat-deyesen-gozeldir-tragikomediyasi-kinoteatrda-numayis-olunacaq-458652835.html
"Həyat, deyəsən, gözəldir" tragikomediyası kinoteatrda nümayiş olunacaq
"Həyat, deyəsən, gözəldir" tragikomediyası kinoteatrda nümayiş olunacaq
Sputnik Azərbaycan
Filmin ssenari müəllifi Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Qiorqi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva... 15.09.2023, Sputnik Azərbaycan
2023-09-15T13:43+0400
2023-09-15T13:43+0400
2023-09-15T13:46+0400
kinoteatr
mədəniyyət
film
nümayiş
vaqif mustafayev
https://cdnn1.img.sputnik.az/img/42274/10/422741003_0:73:1961:1176_1920x0_80_0_0_6483c455289aa1c3240844400925e654.jpg
BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 20-də "Ganjlik Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrında tanınmış rejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev və "Həyat, deyəsən, gözəldir" filminin aktyorlarının iştirakı ilə qala gecəsi keçiriləcək. Sentyabrın 21-dən "CinemaPlus" kinoteatrlar şəbəkəsində tamaşaçılar Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" tragikomediyasına Azərbaycan dilində baxa biləcəklər. Ekran əsəri Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Film beynəlxalq miqyasda ilk dəfə 2022-ci il noyabrın 4-də "Korkut Ata" türk dünyası kinofestivalında nümayiş olunub, burada Vaqif Mustafayev "Türk dünyasının ən yaxşı rejissoru" nominasiyasında mükafata layiq görülüb. "Həyat, deyəsən, gözəldir" filmi Azərbaycan torpaqlarının 30 illik erməni işğalı dövrü və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən bəhs edir. Süjetin mərkəzində Azərbaycan Ordusunun əks-hücumundan sonra vəlvələyə düşən erməni əsgərlərinin arasında olan və əsir düşən iki erməni qardaşdır. Onların sonrakı taleyi tragikomediya janrında təqdim olunub və bu ekran əsərinin leytmotivini təşkil edir. Filmin ssenari müəllifi Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Qiorqi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və digərləri çəkilib. Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb. Biletləri www.cinemaplus.az saytında, "Ganjlik Mall" kinoteatrının kassalarında və "CinemaPlus" mobil tətbiq vasitəsilə əldə etmək olar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42274/10/422741003_101:0:1748:1235_1920x0_80_0_0_9f9e6f9ec670ac2cc9cc4aa8c5fab01b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kinoteatr, film, nümayiş, vaqif mustafayev
kinoteatr, film, nümayiş, vaqif mustafayev
"Həyat, deyəsən, gözəldir" tragikomediyası kinoteatrda nümayiş olunacaq
13:43 15.09.2023 (Yenilənib: 13:46 15.09.2023) Filmin ssenari müəllifi Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Qiorqi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və digərləri çəkilib
BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 20-də "Ganjlik Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrında tanınmış rejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev və "Həyat, deyəsən, gözəldir" filminin aktyorlarının iştirakı ilə qala gecəsi keçiriləcək.
Sentyabrın 21-dən "CinemaPlus" kinoteatrlar şəbəkəsində tamaşaçılar Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" tragikomediyasına Azərbaycan dilində baxa biləcəklər.
Ekran əsəri Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib.
Film beynəlxalq miqyasda ilk dəfə 2022-ci il noyabrın 4-də "Korkut Ata" türk dünyası kinofestivalında nümayiş olunub, burada Vaqif Mustafayev "Türk dünyasının ən yaxşı rejissoru" nominasiyasında mükafata layiq görülüb.
"Həyat, deyəsən, gözəldir" filmi Azərbaycan torpaqlarının 30 illik erməni işğalı dövrü və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən bəhs edir. Süjetin mərkəzində Azərbaycan Ordusunun əks-hücumundan sonra vəlvələyə düşən erməni əsgərlərinin arasında olan və əsir düşən iki erməni qardaşdır. Onların sonrakı taleyi tragikomediya janrında təqdim olunub və bu ekran əsərinin leytmotivini təşkil edir.
Filmin ssenari müəllifi Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Qiorqi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və digərləri çəkilib.
Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.
Biletləri www.cinemaplus.az saytında, "Ganjlik Mall" kinoteatrının kassalarında və "CinemaPlus" mobil tətbiq vasitəsilə əldə etmək olar.