SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hakan Fidan: Türk Dövlətləri Təşkilatı Türkmənistan qazının nəqli ilə bağlı addımlar atır

© AFP 2023 / ADEM ALTANHakan Fidan, arxiv şəkli
Hakan Fidan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Türkiyənin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və TANAP kimi strateji investisiyaları var.
BAKI, 15 sentyabr — Sputnik. Türk Dövlətləri Təşkilatı (TDT) Türkmənistan qazının nəqli ilə bağlı addımlar atır.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan 10-cu Dünya Türk İş Assambleyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu gün Türkiyənin iştirakı olmadan heç bir enerji və nəqliyyat dəhlizlərinin fəaliyyəti səmərəli ola bilməz:
"Bizim Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və TANAP kimi strateji investisiyalarımız var. Biz bütün gücümüzlə bu əməkdaşlığı genişləndirmək üçün Türkmənistan təbii qazını da əhatə etməyə çalışırıq".
Xəbər lenti
0