Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bu il məktəbə necə hazırlaşmışıq? Yeddi min şagirdi olan, üç növbədə dərs keçən məktəblər

Abunə olmaq
Oxu və yazı vərdişlərinin təkmilləşdirilməsi üçün bir sıra ölkələrin, həmçinin SSRİ-nin təcrübəsindən yararlanmaq olar.
Ölkə başçısının 16 yanvar, 2015-ci il tarixli 994 nömrəli sərəncamı var. Bu sərəncama görə Azərbaycanda dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin dərs yükü norması 18 saat müəyyənləşdirilib. Bu o deməkdir ki, hər bir müəllim ən azı 18 saat dərs yükü ilə təmin olunmalıdır.
Bunu Sputnik Azərbaycan-ın multimedia şöbəsinin qonağı, təhsil üzrə ekspert Elşən Qafarov deyib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin Təhsil İşçilərinin Azad Həmkarar İttifaqı ilə 2009-cu ildə bir razılığı var. Burada göstərilir ki, hər bir müəllimi dərs yükü ilə təmin edilməlidir. Əgər həmin məktəbdə müəllimi dərs yükü lə təmin etmək mümkün deyilsə, bu zaman qonşu məktəblərin hesabına həmin müəllimlər dərs yükü ilə təmin olunacaq. Bu da olmazsa, tədris ilininin sonunda müəllimə həmin dərs yükünün norması qədərində əmək haqqı ödəniləcək.
"Bu sənəd qüvvədə olsa da, reallıq fərqlidir. Müəllimlərin əksəriyyəti 18 saatlıq dərs yükü ilə təmin oluna bilmir. Təsviri incəsənət, musiqi, texnologiya, kimya, fizika müəllimlərinin 5-8 saatdan artıq dərsi olmur. Belə hallar müəllimlərdə narazılığa səbəb olur" - Elşən Qafarov deyib.
Ekspert hələ də Azərbaycan məktəblərinin nizamnaməsinin olmamasını neqativ hal kimi dəyərləndirib:
"Son 25 ildə biz məktəbi nə şagird, nə müəllim, nə də valideyn üçün maraqlı edə bilmişik. Azərbaycan məktəbinin hələ də nizamnaməsi yoxdur. Azərbaycan məktəbi nəyin əsasında fəaliyyət göstərir, bunu hələ özümüz də bilmirik. Düşünürəm ki, yeni struktur formalaşdıqdan sonra ümumtəhsil məktəblərinin nizamnaməsi qəbul olunacaq".
Dərsliklərlə bağlı problem aktual olaraq qalır
E.Qafarov qeyd edir ki, sovet imperiyası dağıldıqdan sonra dərsliklərlə bağlı çoxlu problemlərimiz olub: "Dərsliklərin yazılması ilə bağlı çox böyük ənənələrimiz yoxdur. Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası istisna olmaqla digər dərsliklər SSRİ dövründə istifadə olunan dərsliklərin tərcüməsi olub. Bu gün də dərsliklərin yazılması ilə bağlı ciddi çətinliklər var".
Ekspert ötən təhsil ilində də ən böyük problemin dərsliklərlə bağlı olduğunu deyib:
"Ötən il bəzi məktəblərdə dərsliklər noyabr-dekabr aylarında məktəblərə göndərildi. Ən azı avqust ayında dərsliklərlə bağlı problemi həll etməliyik. Yeni tədris ili başlasa da bizdə statistika yoxdur ki, məktəblərimiz nə dərəcədə dərsliklə təmin olunub. Ən azı avqust ayında dərsliklərlə bağlı problemi həll etməliyik. Yeni tədris ili başlasa da, bizdə statistika yoxdur ki, məktəblərimiz nə dərəcədə dərsliklə təmin olunub".
© Sputnik / Murad OrujovTəhsil üzrə ekspert Elşən Qafarov
Elşən Qafarov - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Təhsil üzrə ekspert Elşən Qafarov
Şagirdlərin yazı vərdişlərinin olmaması və oxuduğunu anlaya bilməməsi də problemdir
Ekspert bildirir ki, oxu və yazı vərdişlərinin təkmilləşdirilməsi üçün bir sıra ölkələrin, həmçinin də SSRİ-nin təcrübəsindən yararanmaq olar:
"Böyük Britaniya, Yaponiya təhsil sistemi çox mütərəqqidir. Zamanla yeni təhsil modelləri ortaya çıxır. Sinqapur da təhsil sistemi ilə bu gün dünyaya örnəkdir. Təhsil sistemləri arasında ən aparcı modellərdən biri SSRİ təhsili idi. SSRİ təhsili alman modeli üzərində qurulmuşdu".
Qafarovun sözlərinə görə sovet təhsil sistemində oxuyub-anlama ilə yanaşı yazıya da xüsusi önəm verilirdi. Təhsil alan şəxslərdə yazı vərdişləri formalaşdırılırdı. Yazı vərdişlərinin inkişafı üçün həm maliyyə ayrılırdı, həm də ibtidai siniflərdə müəllimlər 12 saat yoxlama yazı işi yazıdırırdılar.
"Hətta Fizika, Kimya kimi fənlərdən də praktik yazı işləri yazdırılırdı. Təhsildə idarəedici qurumlar, malliyə nazirliyi də bu məsələyə ciddi nəzarət edirdi. Yazı vərdişinin formalaşması da şəxsin gələcək inkişafında mühüm rol oynayırdı. Lakin zamanla məktəblərdə yazı işinə görə maliyyəni dayandırdıq, yazı işi tələb olunmadı. Nəticə də bu cür ürəkaçmaz oldu. Beləcə yazı vərdişləri unudulmağa başlanıldı", - deyə ekspert əlavə edib.
© Sputnik / Murad OrujovTəhsil üzrə ekspert Elşən Qafarov
Elşən Qafarov - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Təhsil üzrə ekspert Elşən Qafarov
O bildirir ki, yazı vərdişlərinin formalaşması üçün bu işə yenidən maliyyə ayrılmalıdır: "2023-cü ilin dövlət büdcəsindən 4 milyard 400 milyon manatdan artıq vəsait ayrıldı. 2022-ci illə müqayisədə bu rəqəmdə təxminən 40 faizədək artım olub".
Elektron sistemin yaratdığı problem
E.Qafarov qeyd edir ki, elektron sistemlə bağlı da problem var: "Bu da məktəblərlə bağlı ikinci ən böyük problemdir. sy.edu.az-ın ilin müəyyən müddətində bağlı qalması bəzi valideynlər üçün çətinlik yaradır. Sistem il ərzində açıq olmalıdır, bağlanmamalıdır. Ailənin bir övladı həmin məktəbdə oxuyursa, yaxud da ailə həmin ərazidə yeni məskunlaşıbsa, bu zaman həmin uşağın məktəbə qəbul olunmasında çətinlik yaranmamalıdır".
Digər problem isə sıxlıq və iki növbəli məkəblərlə bağlıdır
E.Qafarov qeyd edir ki, hazırda Bakı şəhərində olan 320-dək məktəbin 80 faizi ikinövbəlidir: "Bəzi məktəblərimiz isə üçnövbəlidir. Hələ də 5 mindən çox şagirdi olan məktəblər var. Əslində bu say 700-1000 arası olmalıdır. Bizim bir çox məktəblərimiz var ki, beşi birində cəmləşib. Xırdalanda 1 nömrəli məktəbdə şagird sayı yeddi minə yaxındır. Bu təxminən yeddi, səkkiz məktəbin bir yerdə cəmlənməsi, ikinövbəli sistemin yaranmasıdır. Düşünürəm ki, bununla bağlı bir dövlət proqramı qəbul edilməlidir".
Ekspertin fikrincə, vəziyyətdən çıxış yolu fəaliyyət göstərən məktəblərin ərazisində yeni korpusların, yaxud da yeni məktəblərin tikilməsi ola bilər.
© Sputnik / Murad OrujovTəhsil üzrə ekspert Elşən Qafarov
Elşən Qafarov - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Təhsil üzrə ekspert Elşən Qafarov
Həmsöhbətimiz bildirir ki, cari ildə işğaldan azad olunan ərazilərdə də yeni məktəblərin açılması gözlənilir: "Bu Azərbaycan təhsil tarixi üçün ən mühüm hadisələrdən biridir".
Ən mühüm yeniliklərdən biri də xaricidə yaşayan həmyerlilərimiz üçündür
Ekspert qeydinə görə Konstitusiyanın 42-ci maddəsinin 4-cü hissəsində göstərilir ki, xaricdə yaşayan azərbaycanlıların təhsil almasını təmin etmək üçün dövlət müəyyən layihələr həyata keçirir: "Milyonlarla azərbaycanlı ölkəmizdən kənarda yaşayır. Onların Azərbaycan dili, tairixi, coğrafiyası, ədəbiyyatı ilə bağlı məlumatları olmur. Nəticə etibarı ilə də azərbaycançılıqdan uzaqlaşırlar. Türkiyə təcrübəsinə baxsaq görəririk ki, bu ölkə özünün xaricdə yaşayan həmyerliləri ilə maraqanır. Onlar üçüm müəyyən seminarlar, konfranslar təşkil olunur. Onlayn yolla belə həmin şəxslərə Türkiyə mədəniyyəti, tarixi, dili və s. haqda məlumat verilir. Biz də bu tip layihələr həyata keçirməliyik".
O əlavə edib ki, Azərbaycandan kənarda yaşayan vətəndaşlarımız www.e-derslik.edu.az ilə bu dərslikləri pdf variantda əldə edə bilər.
Xəbər lenti
0