https://sputnik.az/20230915/bu-genclere-pulsuz-menzil-verilecek-458652699.html
Bu gənclərə pulsuz mənzil veriləcək
Bu gənclərə pulsuz mənzil veriləcək
Sputnik Azərbaycan
Sərəncamın icrası çərçivəsində son iki ildə bu kateqoriyadan olan şəxslərə 300 mənzil təqdim edilib. 15.09.2023, Sputnik Azərbaycan
2023-09-15T19:57+0400
2023-09-15T19:57+0400
2023-09-15T20:43+0400
mənzil
cəmiyyət
sosial
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_0:127:2961:1793_1920x0_80_0_0_2001ad6b25013c28413ee9dca0555125.jpg
BAKI, 15 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının da mənzil təminatı həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, son illərdə Abşeron rayonunda üç yaşayış binası inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verilib. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin "Məzun evi" kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təmin edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. Bu il də digər imtiyazlı kateqoriyadan olan vətəndaşlarla yanaşı dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının bir qrupu da mənzillə təmin edilib. Sərəncamın icrası çərçivəsində son iki ildə bu kateqoriyadan olan şəxslərə 300 mənzil təqdim edilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə isə dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum məzunları olan 650 şəxs tam təmirli mənzillə təmin olunub və bu işlər davam etdirilir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_159:0:2890:2048_1920x0_80_0_0_a8f4073ed8096593f6070ce905cf0941.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil, sosial, əmək və əhalinin sosial müdafiə nazirliyi
mənzil, sosial, əmək və əhalinin sosial müdafiə nazirliyi
Bu gənclərə pulsuz mənzil veriləcək
19:57 15.09.2023 (Yenilənib: 20:43 15.09.2023) Sərəncamın icrası çərçivəsində son iki ildə bu kateqoriyadan olan şəxslərə 300 mənzil təqdim edilib.
BAKI, 15 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının da mənzil təminatı həyata keçirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, son illərdə Abşeron rayonunda üç yaşayış binası inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verilib.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin "Məzun evi" kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təmin edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. Bu il də digər imtiyazlı kateqoriyadan olan vətəndaşlarla yanaşı dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının bir qrupu da mənzillə təmin edilib.
Sərəncamın icrası çərçivəsində son iki ildə bu kateqoriyadan olan şəxslərə 300 mənzil təqdim edilib.
Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə isə dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum məzunları olan 650 şəxs tam təmirli mənzillə təmin olunub və bu işlər davam etdirilir