SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan ekspertləri Tiflisdə bir araya gəliblər

© Photo : MFA AzerbaijanAzərbaycan və Ermənistan bayraqları, arxiv şəkli
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Heyətlərə Azərbaycan tərəfdən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən isə Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
BAKI, 15 sentyabr - Sputnik. Bu gün, sentyabrın 15-də Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) bildirilib.
Qeyd olunub ki, heyətlərə Azərbaycan tərəfdən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən isə Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Tərəflərin iki ölkə arasında münasibətlərin normallaşdırması məsələsini müzakirə etdikləri vurğulanıb.
Xəbər lenti
0