https://sputnik.az/20230915/azerbaycan-ordusunun-movqeleri-atese-tutulub-458621770.html
Azərbaycan ordusu Ermənistan SQ-nin sərhədimizdə növbəti təxribatının qarşısını alıb
Azərbaycan ordusu Ermənistan SQ-nin sərhədimizdə növbəti təxribatının qarşısını alıb
Sputnik Azərbaycan
Bu dəfə düşmən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərini hədəfə alıb. 15.09.2023, Sputnik Azərbaycan
2023-09-15T11:30+0400
2023-09-15T11:30+0400
2023-09-15T11:19+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
ermənistan
atəş
sülhməramlı
sülhməramlılar
rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434420891_0:0:1000:563_1920x0_80_0_0_0acec2ff17ee0d1e61a9a6b22758be81.jpg
BAKI, 15 sentyabr - Sputnik. Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb."Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb" - MN-in məlumatında deyilir.14.09.23, 16:49Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub."Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - deyə məlumatda bildirilir. Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub."Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - deyə məlumatda bildirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434420891_0:56:629:528_1920x0_80_0_0_a8844ccdadf5ca46ded7426782265132.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, atəş, sülhməramlı, sülhməramlılar, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
ermənistan, atəş, sülhməramlı, sülhməramlılar, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
Azərbaycan ordusu Ermənistan SQ-nin sərhədimizdə növbəti təxribatının qarşısını alıb
Bu dəfə düşmən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərini hədəfə alıb.
BAKI, 15 sentyabr - Sputnik. Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb" - MN-in məlumatında deyilir.
Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub.
"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.