https://sputnik.az/20230914/tehsil-muessiselerinde-xususi-qida-nezaretine-baslanilacaq-458606706.html
Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq
Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq
Sputnik Azərbaycan
Qurum rəhbəri bildirib ki, bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu naziriliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata... 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T11:41+0400
2023-09-14T11:41+0400
2023-09-14T11:42+0400
təhsil
təhsil
qida
aqta
https://cdnn1.img.sputnik.az/img/42245/17/422451786_0:449:2843:2048_1920x0_80_0_0_1d9dcb85d6260fb71e9fc5f05b44f5b8.jpg
BAKI, 14 sentyabr — Sputnik. Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufetlərin fəaliyyətinə dair məsələni ətraflı müzakirə etmişik. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq:Xatırladaq ki, bundan öncə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəb bufetlərində bəzi məhsulların satılmasına qadağa qoyulsa da, buna əməl edilmir. E.Hüseynov bildirib ki, əksər hallarda bu standartlar pozulur. Onun sözlərinə görə, bəzi hallarda bufetlərdə qidaların saxlanılma şəraitinə düzgün əməl olunmur. Ona görə də, E.Hüseynov bildirib ki, məktəb bufetlərinə rəsmi qurumlardan əlavə valideynlər də ictimai nəzarət etməlidirlər. Əlavə edək ki, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42245/17/422451786_0:0:2731:2048_1920x0_80_0_0_b032d3a3ff45a6a980b9003a0ad29b22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhsil, qida, aqta
Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq
11:41 14.09.2023 (Yenilənib: 11:42 14.09.2023) Qurum rəhbəri bildirib ki, bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu naziriliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək.
BAKI, 14 sentyabr — Sputnik. Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufetlərin fəaliyyətinə dair məsələni ətraflı müzakirə etmişik. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq:
"Bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu naziriliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək. Keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çardırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq. Ümid edirəm ki, gələcəkdə neqativ hallar ortadan qaldırılacaq".
Xatırladaq ki, bundan öncə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəb bufetlərində bəzi məhsulların satılmasına qadağa qoyulsa da, buna əməl edilmir. E.Hüseynov bildirib ki, əksər hallarda bu standartlar pozulur.
Onun sözlərinə görə, bəzi hallarda bufetlərdə qidaların saxlanılma şəraitinə düzgün əməl olunmur. Ona görə də, E.Hüseynov bildirib ki, məktəb bufetlərinə rəsmi qurumlardan əlavə valideynlər də ictimai nəzarət etməlidirlər.
Əlavə edək ki, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.