Şimali Osetiyadan olan sahibkarlar Azərbaycanda yeni bazarlar axtarırlar

© Mark Wilson / Getty Images / AFPməmur
məmur - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Rusiya regionundan Azərbaycana gəlmiş biznes missiyasının məqsəd və vəzifələri haqqında videomuza baxın.
BAKI, 14 sentyabr — Sputnik. Missiyamızın əsas məqsədi məhsullarımız üçün yeni tərəfdaşlar və bazarlar tapmaqdır.
Bunu "Sputnik Azərbaycan"a müsahibəsində Şimali Osetiya-Alaniya Respublikasının ixraca dəstək mərkəzinin rəhbəri, regionun Sahibkarlığa Kömək Fondunun direktor müavini Bela Osiptsova deyib.
"Bu məqsədlə Şimali Osetiya-Alaniya Respublikasından dörd şirkət gətirdik. Biz hər il Azərbaycana sərgiyə və ya işgüzar missiyaya gəlirik. Bu, bizim dördüncü səfərimizdir və əminik ki, müsbət nəticələr əldə olunacaq", - deyə Osiptsova qeyd edib.
© Sputnik / Murad OrujovSahibkarlığa Kömək Fondunun direktor müavini Bela Osiptsova
Руководитель центра поддержки экспорта РСО-Алания – заместитель директора Фонда поддержки предпринимательства РСО-Алания Бэла Осипцова - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Sahibkarlığa Kömək Fondunun direktor müavini Bela Osiptsova
"Sputnik Azərbaycan"-ın həmsöhbəti vurğulayıb ki, şirkətlərdən biri spirtli içkilər üçün premium şüşə qablar istehsal edir. Onun sözlərinə görə, şirkət artıq bir sıra Azərbaycan şirkətləri ilə işləyir və daha çox tərəfdaş tapmaq niyyətindədir.

"Biz, həmçinin mebel ixrac edirik və bu yaxınlarda sərinləşdirici içkilərin tədarükünə də başlamışıq. Təbii ki, istənilən bazarın özünün inzibati maneələri və ya müəyyən tarif məhdudiyyətləri var. Lakin bütün məsələləri həll etmək olar, biz bu istiqamətdə işi davam etdirəcəyik", - deyə Osiptsova sözünü yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0