https://sputnik.az/20230914/ranin-xarici-isler-naziri-ermenistan-abs-birge-telimini-tenqid-edib-458601867.html
İranın xarici işlər naziri Ermənistan-ABŞ birgə təlimini tənqid edib
İranın xarici işlər naziri Ermənistan-ABŞ birgə təlimini tənqid edib
Sputnik Azərbaycan
Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb. 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T10:31+0400
2023-09-14T10:31+0400
2023-09-14T10:31+0400
siyasət
iran
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0b/434097415_0:0:3073:1728_1920x0_80_0_0_cec8d0b4701c263d03094fd2e4212e87.jpg
BAKI, 14 sentyabr — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb. İran XİN başçısı Mirzoyanla telefon danışığında Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq regionda hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirib. Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb. Xatırladaq ki, "3+3" formatı deyəndə Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İranın iştirakı nəzərdə tutulur. Hindistanda keçirilən G20 sammitinin yekunları ilə bağlı mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib ki, aqressiv NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur. Sergey Lavrov qeyd edib ki, NATO ölkəsinin Cənubi Qafqaz regionuna soxulmağa çalışması heç kəs, o cümlədən Ermənistan üçün yaxşı deyil: "Amerikalıların dünyada yüzlərlə bazası var. Harada peyda olurlar, bu, heç bir yerdə yaxşılığa gətirib çıxarmır. Ən yaxşı halda, onlar həmin yerdə sakit oturur, çox vaxt isə siyasi proseslər daxil olmaqla hər şeyi özlərininkinə uyğunlaşdırırlar". Rusiya XİN başçısı vurğulayıb ki, Ermənistan rəhbərliyinin fəaliyyəti Rusiyada təəssüf doğurur:"Biz bu barədə demişik. İrəvanın iki ildir ki, KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür. Ermənistan tərəfi bunu onunla izah edir ki, əgər KTMT Azərbaycanı qınasaydı, Ermənistan KTMT-də işləyərdi. O zaman biz soruşuruq ki, bəs niyə Azərbaycanı qınamayan təmasda olduğunuz amerikalılar, avropalılar? Cavab verirlər ki, amerikalılar, avropalılar ki, bizim müttəfiqimiz deyillər, ona görə də siz qınamalısınız. Belə qəribə və adi məntiq...".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0b/434097415_146:0:2877:2048_1920x0_80_0_0_97d96065fc9d877d3be82ee5954b6658.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, ermənistan
İranın xarici işlər naziri Ermənistan-ABŞ birgə təlimini tənqid edib
Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.
BAKI, 14 sentyabr — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İran XİN başçısı Mirzoyanla telefon danışığında Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq regionda hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirib.
Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.
Xatırladaq ki, "3+3" formatı deyəndə Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İranın iştirakı nəzərdə tutulur.
Hindistanda keçirilən G20 sammitinin yekunları ilə bağlı mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib ki, aqressiv NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur.
Sergey Lavrov qeyd edib ki, NATO ölkəsinin Cənubi Qafqaz regionuna soxulmağa çalışması heç kəs, o cümlədən Ermənistan üçün yaxşı deyil: "Amerikalıların dünyada yüzlərlə bazası var. Harada peyda olurlar, bu, heç bir yerdə yaxşılığa gətirib çıxarmır. Ən yaxşı halda, onlar həmin yerdə sakit oturur, çox vaxt isə siyasi proseslər daxil olmaqla hər şeyi özlərininkinə uyğunlaşdırırlar".
Rusiya XİN başçısı vurğulayıb ki, Ermənistan rəhbərliyinin fəaliyyəti Rusiyada təəssüf doğurur:
"Biz bu barədə demişik. İrəvanın iki ildir ki, KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür. Ermənistan tərəfi bunu onunla izah edir ki, əgər KTMT Azərbaycanı qınasaydı, Ermənistan KTMT-də işləyərdi. O zaman biz soruşuruq ki, bəs niyə Azərbaycanı qınamayan təmasda olduğunuz amerikalılar, avropalılar? Cavab verirlər ki, amerikalılar, avropalılar ki, bizim müttəfiqimiz deyillər, ona görə də siz qınamalısınız. Belə qəribə və adi məntiq...".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.