https://sputnik.az/20230914/ranin-bas-prokuroru-azerbaycanda-seferdedir---foto-458610695.html
İranın Baş prokuroru Azərbaycanda səfərdədir - FOTO
İranın Baş prokuroru Azərbaycanda səfərdədir - FOTO
Sputnik Azərbaycan
İranın Baş prokuroru səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul... 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T12:15+0400
2023-09-14T12:15+0400
2023-09-14T12:15+0400
baş prokuror
cəmiyyət
iran
azərbaycan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458610243_0:83:1600:983_1920x0_80_0_0_f7f2188c29b5bed7bc86404d16c53b1a.jpg
BAKI, 14 sentyabr — Sputnik. Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad ölkəmizə işgüzar səfərə gəlib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Bu gün Baş Prokurorluqda keçirilmiş görüş zamanı Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Azərbaycan Respublikasının Baş prokuroru ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirməklə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlamasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib. Səmimi qəbula görə təşəkkürünü bildirən Mohammad Kazem Movahedi-Azad hüquqi əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu, səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib. Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb, eləcə də beynəlxalq platformalarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Həmçinin İran İslam Respublikasında məhkum edilən Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub. Görüşdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458610243_90:0:1511:1066_1920x0_80_0_0_61438985434ed53133f7269a005c5a8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokuror, iran, azərbaycan, səfər
baş prokuror, iran, azərbaycan, səfər
İranın Baş prokuroru Azərbaycanda səfərdədir - FOTO
İranın Baş prokuroru səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.
BAKI, 14 sentyabr — Sputnik. Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad ölkəmizə işgüzar səfərə gəlib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Bu gün Baş Prokurorluqda keçirilmiş görüş zamanı Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Azərbaycan Respublikasının Baş prokuroru ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirməklə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlamasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Mohammad Kazem Movahedi-Azad hüquqi əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu, səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.
Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb, eləcə də beynəlxalq platformalarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Həmçinin İran İslam Respublikasında məhkum edilən Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.
Görüşdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.