Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtmasını heç kim əngəlləyə bilməz - İcma

© Sputnik / Stringer Ermənistan
 Ermənistan  - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Təşkilatın yaydığı məlumatda bildirilir ki, Nikol Paşinyanın "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, çünki müttəfiqlərimiz susdu" fikri Ermənistanın əsl niyyətini, riyakarlığını göstərir.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın "POLITICO Europe" nəşrinə müsahibəsi və son günlər verdiyi digər açıqlamalar bir daha onun gündə bir neçə dəfə bir-birini inkar edən fikirlər səsləndirdiyini, ardıcıl siyasət yeritmədiyini, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, bunu indi başqa ad altında gizlətməyə çalışdığını, bölgədə vəziyyəti qəsdən kəskinləşdirməkdə maraqlı olmasını nümayiş etdirir. Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.
Bildirilir ki, N.Paşinyanın fikirləri onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hətta sözdə belə tanımasını şərtləndirir. Ermənistan yenə də hansısa "beynəlxalq mexanizm"in yaradılması xülyasındadır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı siyasəti, onlarla dialoq Azərbaycanın sırf daxili işidir və bu məsələlərin Ermənistana heç bir aidiyyatı yoxdur. Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Bu, qeyri-ciddi və təhlükəli siyasətdir:
"Baş nazirin "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, çünki müttəfiqlərimiz susdu" fikri Ermənistanın əsl niyyətini, riyakarlığını göstərir. Belə çıxır ki, Ermənistan kənardan dəstək alsaydı, onda Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. Bunu o dövlət deyir ki, özünə gələndə hər fürsətdə suverenliyini, ərazi bütövlüyünü, qırmızı xəttlərini qabardır, "timsah göz yaşları" axıdır, Azərbaycanın suverenliyinə qarşı beynəlxalq müstəvidə çirkin böhtan kampaniyası aparır.
Görünən odur ki, N.Paşinyan hələ də 30 il ərzində Ermənistanda təşəkkül tapmış irqçi, azərbaycanofob ideologiyanın təsiri altındadır. Həmin ideologiyanın əsas sütünlarından biri "Qarabağ məsələsi bitib, çünki erməni xalqı Qarabağ məsələsini döyüş meydanında həll edib" düşüncəsi idi. Erməni xalqının Qarabağ məsələsini necə "həll etdiyini" Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsi zamanı döyüş meydanında göstərdi".
Qeyd olunur ki, Qərbi Azərbaycan İcmasının dialoq təklifini qəbul etməyən, azərbaycanlıların qayıdış hüququnu inkar edən N.Paşinyan yəqin ki, "Qərbi azərbaycanlılarla bağlı məsələni biz həll etmişik" düşüncəsindədir.

"Bu, yanlış yanaşmadır. Qərbi azərbaycanlılar dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq əzmindədirlər və heç kim bunu əngəlləyə bilməz", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında, arxiv
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında, arxiv
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir.
Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0