https://sputnik.az/20230914/qarabagda-qanunsuz-silahli-qruplasmalara-qarsi-yeni-herbi-emeliyyat-kecirmelidirmi-sorgu-458626693.html
Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyat keçirməlidirmi? SORĞU
Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyat keçirməlidirmi? SORĞU
Sputnik Azərbaycan
İctimai rəyi öyrənmək məqsədilə respondentlərə ünvanlanan "Sizcə, Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar... 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T16:39+0400
2023-09-14T16:39+0400
2023-09-14T16:39+0400
azərbaycan xəbərləri
vətən müharibəsi
əməliyyat
parad
https://cdnn1.img.sputnik.az/img/07e4/07/11/424457506_0:76:1960:1179_1920x0_80_0_0_10040a682b0e5c5703f6f9119a302ca6.jpg
BAKI, 14 sentyabr — Sputnik. 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılmasına paralel yerləşdirilməsi öz əksini tapıb. Münaqişədən ötən müddət ərzində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünü tanımasına baxmayaraq, silahlı qruplaşmaların hələ də çıxarılmaması və davam edən təxribatlar növbəti hərbi əməliyyatların keçirilməsi mövzusunu gündəmə gətirib. Sosial Tədqiqatlar Mərkəzindən (STM) verilən məlumata görə, STM mövzunun aktuallığını nəzərə alaraq, vətəndaşlar arasında rəy sorğusu keçirib. İctimai rəyi öyrənmək məqsədilə respondentlərə ünvanlanan "Sizcə, Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?" sualına iştirakçıların mühüm hissəsi - 71.3%-i "bəli" cavabını verib. Sorğuda iştirak edənlərin 24.1%-i əks mövqedən çıxış edərək yeni hərbi əməliyyatların keçirilməsini istəmədiyini bildirib. Respondentlərin 4.6%-i bu suala cavab verməkdə çətinlik çəkib. Nəticələri ötən ilin müxtəlif dövrləri üzrə müqayisə etdikdə, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin avqust ayında keçirdiyi rəy sorğusunda Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini 80.5% respondent dəstəkləmişdi. 6.8%-i əks mövqedə qərarlaşmış, 12.7%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi. Sentyabr ayında Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini dəstəkləyənlər 85.0% təşkil etmişdi. 9.5% respondent yeni hərbi əməliyyatları dəstəkləməmişdi. 5.5%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi. Rəy sorğusunun dekabr ayı üzrə göstəricilərində yeni hərbi əməliyyatların keçirilməsinə respondentlərin 48.0%-i dəstəyini ifadə etmişdi. Onların 39.6%-i yeni hərbi əməliyyatların keçirilməsi ilə bağlı əks mövqeyini ifadə etmişdi. 12.4%-i bu sualla bağlı rəyini ifadə etməkdə çətinlik çəkmişdi. Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/11/424457506_144:0:1817:1255_1920x0_80_0_0_9677f55ac0d56d506132e18e4b4a249a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vətən müharibəsi, əməliyyat, parad
vətən müharibəsi, əməliyyat, parad
Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyat keçirməlidirmi? SORĞU
İctimai rəyi öyrənmək məqsədilə respondentlərə ünvanlanan "Sizcə, Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?" sualına iştirakçıların mühüm hissəsi - 71.3%-i "bəli" cavabını verib.
BAKI, 14 sentyabr — Sputnik. 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılmasına paralel yerləşdirilməsi öz əksini tapıb. Münaqişədən ötən müddət ərzində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünü tanımasına baxmayaraq, silahlı qruplaşmaların hələ də çıxarılmaması və davam edən təxribatlar növbəti hərbi əməliyyatların keçirilməsi mövzusunu gündəmə gətirib.
Sosial Tədqiqatlar Mərkəzindən (STM) verilən məlumata görə, STM mövzunun aktuallığını nəzərə alaraq, vətəndaşlar arasında rəy sorğusu keçirib.
İctimai rəyi öyrənmək məqsədilə respondentlərə ünvanlanan "Sizcə, Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?" sualına iştirakçıların mühüm hissəsi - 71.3%-i "bəli" cavabını verib.
Sorğuda iştirak edənlərin 24.1%-i əks mövqedən çıxış edərək yeni hərbi əməliyyatların keçirilməsini istəmədiyini bildirib. Respondentlərin 4.6%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Nəticələri ötən ilin müxtəlif dövrləri üzrə müqayisə etdikdə, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin avqust ayında keçirdiyi rəy sorğusunda Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini 80.5% respondent dəstəkləmişdi. 6.8%-i əks mövqedə qərarlaşmış, 12.7%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi.
Sentyabr ayında Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini dəstəkləyənlər 85.0% təşkil etmişdi. 9.5% respondent yeni hərbi əməliyyatları dəstəkləməmişdi. 5.5%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi.
Rəy sorğusunun dekabr ayı üzrə göstəricilərində yeni hərbi əməliyyatların keçirilməsinə respondentlərin 48.0%-i dəstəyini ifadə etmişdi. Onların 39.6%-i yeni hərbi əməliyyatların keçirilməsi ilə bağlı əks mövqeyini ifadə etmişdi. 12.4%-i bu sualla bağlı rəyini ifadə etməkdə çətinlik çəkmişdi.
Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.
Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.