CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində faktiki hava

© Sputnik / Murad OrujovBakıda yağışlı hava
Bakıda yağışlı hava - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Ölkə ərazisində ən yüksək temperatur Naxçıvan MR və Aran rayonlarında qeydə alınıb.
BAKI, 14 sentyabr - Sputnik. Çilov adası, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin senytabrın 14-ü saat 18:00-a olan faktiki hava barədə məlumatında deyilir.
Xidmətdən verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək olduğu qeydə alınıb.
Naxçıvan MR-da 27 dərəcəyədək, Aran rayonlarında 27 dərəcəyədək, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0