Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

İmişlidə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan konfrans keçirilib

© Sputnik / Vladimir Akimov / Mediabanka keçid Heydər Əliyev
 Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
BAKI, 14 sentyabr — Sputnik. İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əsrin müqaviləsi" tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun şöbə rəisi, texniki elmlər namizədi, dosent Xıdır İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad olunub.
Konfrans Heydər Əliyev Mərkəzində davam edib. Çıxış edənlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də neft sahəsində "Əsrin müqaviləsi" imzalanıb. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Qeyd olunub ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub.
"Əsrin müqaviləsi" Ulu Öndərin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, ölkədə görülən işlər, siyasi və iqtisadi islahatlar, milli maraqların gerçəkləşməsi üçün qətiyyətli və ardıcıl mübarizə gələcəyimizə böyük inam və etibarlı təminat yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0