Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb

© Photo : Azerbaijan University of LanguagesMinsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb
Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Tədbirdə rektor Natalya Lapteva Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının hər iki ölkənin ictimai-siyasi həyatında, eləcə də universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.
BAKI, 14 sentyabr — Sputnik. Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullanın və Minsk Dövlət Linqvistika Universitetinin rektoru professor Natalya Laptevanın birgə təşəbbüsü və Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin yaxından iştirakı ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.
ADU-dan bildirilib ki, tədbirdə rektor Natalya Lapteva Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının hər iki ölkənin ictimai-siyasi həyatında, eləcə də universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.
© Photo : Azerbaijan University of LanguagesMinsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb
Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb
Tədbirdə Belarus Respublikası Təhsil Nazirliyinin idarə rəisi Sergey Pişov, Belarus Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Sergey Molunov, Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin müşaviri Nizami Rüstəmov, Belarus Respublikası Parlamentinin Beynəlxalq münasibətlər və milli təhlükəsizlik məsələləri daimi komissiyası sədrinin birinci müavini, Belarus Dövlət Universitetinin professoru Andrey Rusakoviç, Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, Belarusdakı "Azərbaycan İcması Konqresi"nin Gənclər təşkilatının sədri Olesya Kosoykina Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının əhəmiyyətindən bəhs ediblər.
Qeyd etmək lazımdır ki, son dövrdə dünyanın müxtəlif ölkələrindəki universitetlərdə Azərbaycan Dili və Mədəniyyəti mərkəzləri açılıb. Minsk Dövlət Linqvistika Universitetində açılmış Mərkəz səkkizincidir.
© Photo : Azerbaijan University of LanguagesMinsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb
Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb
Açılış mərasimindən dərhal sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş "Belarus və Azərbaycan: Tarix, müasirlik və ikitərəfli əməkdaşlığın perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan və Belarus respublikaları arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin tarixi və ənənələrindən bəhs olunub. Akademik Kamal Abdulla Azərbaycanla Belarus arasındakı əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin mühüm rolunu qeyd edərək bu əlaqələrin bugünkü səviyyəyə çatmasında Prezident İlham Əliyevin siyasi iradəsini də xüsusi olaraq vurğulayıb.
Digər çıxış edənlər də Azərbaycan və Belarus arasındakı iqtisadi, siyasi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycan dövlətinin multikulturalizm siyasətindən danışıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0