DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

iPhone-un bu modeli Avropa İttifaqında qadağan oluna bilər

© Brooks KRAFT / Apple Inc. / AFPiPhone 12, arxiv
iPhone 12, arxiv - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Fransa tənzimləyiciləri Apple şirkətinin bu məhsulunda çox güclü elektromaqnit şüalanma olduğunu iddia edir.
BAKI, 14 sentyabr - Sputnik. Belçika hökuməti qonşu Fransada iPhone 12-nin satışının dayandırılmasından sonra yerli tənzimləyicidən bu smartfonun yoxlanılmasını tələb edib. Bu barədə RİA Novosti Belçika hökumətinin üzvü, rəqəmsallaşma üzrə dövlət katibi Matye Mişelə istinadən xəbər yayıb.
Bundan bir qədər əvvəl məlum olmuşdu ki, Fransa tənzimləyiciləri çox güclü elektromaqnit şüalanması üzündən Apple şirkətinə iPhone 12-nin satışını dayandırmağı əmr ediblər.

"Sağlamlıqla bağlı problemlərə diqqət yetirməmək olmaz, ona görə də mən dərhal Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu ilə əlaqə saxladım və Apple tərəfindən təklif olunan məhsulların potensial təhlükələrini təhlil etdim", - deyə Mişel Belçikanın Soir qəzetinə müsahibəsində deyib.

Cümə axşamı Avropa Komissiyası (AK) Fransanın iPhone 12-yə tətbiq etdiyi məhdudiyyətlərin bütün Avropa İttifaqı ərazisində uzadıla biləcəyini istisna etməyib.
AK nümayəndəsinin sözlərinə görə, Avropa vahid bazarının mövcud qaydalarına əsasən, Fransanın qərarından sonra Aİ ölkələrinə bu məhdudiyyətləri nəzərdən keçirmək və lazım gəldikdə onlara etiraz etmək üçün üç ay vaxt verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0